main-post-cover

    SpaceX Falcon 9-un birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb

    Elm & Texnologiya
    14.04.2025
    Emil Nəcəfov
         SpaceX Falcon 9 daşıyıcı raketinin birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb - raket 14 aprel tarixində 27-ci dəfə uçuşa göndərilərək orbitə 21 ədəd V2 Mini internet peykini çatdırıb. Bu 27 buraxılışdan 16-sı, Starlink peyk internet xidməti qrupunun genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilib. Raket ABŞ-ın Florida ştatında yerləşən Space Launch Complex 40 (SLC-40) adlı Kosmik Qüvvələr bazasından kosmosa buraxılıb. Uçuşdan cəmi 8 dəqiqə sonra Falcon 9-un birinci pilləsi Atlantik okeanında yerləşən Just Read the Instructions adlı pilotsuz dəniz platformasına uğurla eniş edib.
         Bu, məhz həmin platformaya 115-ci uğurlu eniş, ümumilikdə isə Falcon 9 sürətləndiricisinin 431-ci uğurlu enişi olub. Təxminən buraxılışdan 65 dəqiqə sonra, tam cədvələ uyğun şəkildə, V2 Mini peykləri Yerətrafı aşağı orbitdə yerləşdirilib. Bu, Falcon 9 raketinin bu il ərzində həyata keçirdiyi 43-cü buraxılış olub. Onlardan 29-u hazırda təxminən 7200 aktiv peyklə xidmət göstərən və sayı davamlı olaraq artan Starlink internet xidməti üçün kosmik aparatların orbitə çıxarılmasına yönəlib. Bu, eyni zamanda Falcon 9 raketinin kosmosa həyata keçirdiyi ümumilikdə 460-cı uçuşudur.
    Mənbə: Space.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    2030-cu ilə qədər data mərkəzləri 2 dəfə daha çox enerji sərf edəcəklər
    2030-cu-ile
    İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
    insanabenzer-robotlar-arasinda-boks-doyusu-anons-edilib-video
    Pentaqon PUA-lara qarşı yeni energetik silahı test edib (VİDEO)
    pentaqon-pua-lara-qarsi-yeni-energetik-silahi-test-edib-video
    Qarşılıqlı əlaqə imkanına sahib ilk holoqramlar yaradılıb (VİDEO)
    qarsiliqli-elaqe-imkanina-sahib-ilk-holoqramlar-yaradilib-video
    Şimali Koreyada kompüterlərsiz kompüter klubu açılıb
    simali-koreyada-komputerlersiz-komputer-klubu-acilib