
İsrail Yupiterin peyki Avropaya kosmik missiya hazırlayır
Elm & Texnologiya
28.07.2025
Emil Nəcəfov
İsrailin Israel Aerospace Industries şirkətindən və Veysman İnstitutundan olan alim və mühəndislər Yupiterin peyklərindən biri olan Avropada mümkün həyat formalarını axtarmağa yönəlmiş “Eureka” (Evrika) missiyasını tərtib etmək üçün birləşiblər. Layihəyə institut tərəfindən rəhbərlik edən professor Yohai Kaspi İsrailin kosmik proqramının büdcəsinin məhdud olduğunu etiraf edib. “Biz böyük kosmik agentliklərin miqyası və büdcələri ilə rəqabət apara bilmərik, lakin bir alətlə və çoxsaylı kompromislərlə həyata keçirilən fokuslanmış bir missiya - bu, kiçik bir ölkənin bacara biləcəyi işdir” - deyə Yohai Kaspi bildirib.

İsrail komandasının strategiyası ESA və NASA tərəfindən həyata keçiriləcək “JUICE” və “Europa Clipper” missiyalarının toplayacağı məlumatlardan istifadə etməyə əsaslanır. Bu missiyalar 2030-cu illərin əvvəlində Avropaya çatmalıdır. Lakin həmin missiyalar həyat əlamətlərini axtarmağı əsas məqsəd olaraq müəyyən etməyib. Bu isə “Eureka” missiyasını unikal edən əsas xüsusiyyətdir. Baxmayaraq ki, layihə erkən mərhələdədir və maliyyə cəlb etməkdə, həmçinin beynəlxalq tərəfdaşlar tapmaqda çətinliklərlə üzləşir, tədqiqatçılar və mühəndislər arasında optimizm qorunub saxlanılır. Alimlər hesab edirlər ki, Avropanın buzla örtülü səthinin altında maye halda su mövcud ola bilər və bu da həyatın mövcudluğu ehtimalını xeyli artırır.

Məhz bu fərziyyə missiyanın əsasını təşkil edir. Qeyd etmək lazımdır ki, İsrailin kosmik sahədə əməkdaşlıq təcrübəsi artıq mövcuddur. 2021-ci ilin iyun ayında İsrail və Birləşmiş Ərəb Əmirlikləri Ay səthinə eniş planlarını da əhatə edən kosmik tədqiqatlar üzrə əməkdaşlıq sazişi imzalayıblar. İsrailin özəl kosmik şirkəti SpaceIL-in baş direktoru Shimon Sarid - 2019-cu ilin aprelində “Beresheet 1” aparatını buraxmışdı (eniş uğursuz olsa da) - hesab edir ki, BƏƏ ilə birgə səylər çox maraqlı və uğurlu bir missiyanın həyata keçirilməsinə imkan verəcək. 2023-cü ilin fevralında isə SpaceIL Almaniya Aerokosmik Mərkəzi (DLR) ilə əməkdaşlıq sazişi imzalayıb və gələcək “Beresheet 2” ay missiyası üçün onların proqram təminatından istifadə edəcək.
Linki kopyala
jupiter europa
jupiter europa moon
science news
elmi xeberler
jupiter
avropa peyki
yupiter
yupiterin peykleri
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yerdə ilk həyat kosmosdan gəlmiş molekul sayəsində formalaşmış ola bilər

Yerdə ilk həyat kosmosdan gəlmiş molekul sayəsində formalaşmış ola bilər
Tədqiqatçılar Yer üzərində həyatın ilkin olaraq kosmik materialdan formalaşdığına dair sübutlar aşkarlayıblar. Daha da maraqlısı odur ki, həyatın inşa bloklarının yaranması üçün bəlkə də planetlərə ehtiyac yoxdur.
İlk dəfə "heç nədən" superkütləli qara dəliyin yaranması müşahidə edilib

İlk dəfə "heç nədən" superkütləli qara dəliyin yaranması müşahidə edilib
Superkütləli qara dəliklər kainatın ən maraqlı sirlərindən biri hesab olunur. Kütləsi milyonlarla, bəzən isə 10 milyardlarla Günəş kütləsinə bərabər olan bu nəhəng obyektlər demək olar ki, hər bir qalaktikanın mərkəzində yerləşir.
Günəş sistemindəki 3-cü ulduzlararası obyekt özündə ən qədim suyu birləşdirə bilər

Günəş sistemindəki 3-cü ulduzlararası obyekt özündə ən qədim suyu birləşdirə bilər
Alimlər hesab edirlər ki, ulduzlararası 3I/ATLAS kometası astronomların indiyədək müşahidə etdikləri ən qədim su mənbələrindən biri ola bilər. Yerüstü teleskoplar vasitəsilə aparılmış yeni müşahidələr nəticəsində, astronomlar Günəş sistemində aşkarlanmış 3I/ATLAS ulduzlararası kometasını tədqiq ediblər.
35 işıq ili uzaqlığında Yerə bənzər potensial ekzoplanet kəşf edilib

35 işıq ili uzaqlığında Yerə bənzər potensial ekzoplanet kəşf edilib
Bir neçə ölkədən olan astronomların, xüsusilə kanadalı alimlərin rəhbərlik etdikləri bir qrup, L 98-59 ulduz sistemində yerləşən beşinci planetin real mövcudluğu ilə bağlı fərziyyəni təsdiqləyib.
Yaxın məsafədə Yer ölçüsündə yeni planet kəşf edilib

Yaxın məsafədə Yer ölçüsündə yeni planet kəşf edilib
Bizdən 117 işıq ili uzaqlıqda yeni qayalı planet aşkar edilib. Onun ölçüsü Yerin ölçüsündən bir qədər böyükdür, lakin orada bizim tanıdığımız formada həyatın olması mümkünsüzdür.
Həftənin xəbərləri

