James Webb Kosmik Teleskopu, yüngül kütləyə və əyri quruluşa malik yeni ekzoplanet kəşf edib!
Elm & Texnologiya
26.09.2024
Farid Pardashunas
James Webb Kosmik Teleskopu, son dərəcə nadir xüsusiyyətlərə malik planet kəşf edib.
WASP-107 b adlanan bu maraqlı planet, Günəşdən 210 işıq ili uzaqlıqda yerləşən kiçik narıncı bir ulduzun ətrafında fırlanır. İlk dəfə 2017-ci ildə kəşf edilən bu planetin həcmi Yupiterlə təxminən eynidir, lakin kütlələri arasında böyük fərq var. WASP-107 b-nin kütləsi Yupiterin kütləsinin cəmi 10%-i qədərdir. WASP-107 b, öz ulduzuna çox yaxın və bağlı bir planetdir, yəni həmişə eyni tərəfi gündüz olur. Planetin 1 ili isə cəmi 5 gün çəkir. Bu səbəbdən planetin bir tərəfi digər tərəfindən daha çox şişkin görünür.
Bu ekzoplanet, öz ulduzuna bu qədər yaxın olan digər planetlər qədər isti olmasa da, səyahət üçün o qədərdə əlverişli bir yer hesab edilmir. Çünki planetin səthinin temperaturu 477 dərəcə Selsiyə qədər çata bilir. Tədqiqatçılar belə bir quruluşun hətta ekzoplanetlər arasında nadir olduğunu vurğulayırlar. Planetin xassələri və quruluşu JWST-nin göyərtəsindəki ötürücü spektroskopiya cihazı ilə tədqiq edilib. Alimlər planetin quruluşunu öz günəşinin önündən keçid etdiyi zaman öyrənə biliblər.
Linki kopyala
WASP-107 b
james webb telescope
james webb space telescope
WASP-107 b planet
WASP-107 b exoplanet
space news
WASP-107 b ekzoplanet
james webb
cosmic news
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!
Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!
İnsan ürəyi kosmosda yalnız 1 ay qaldıqdan sonra yaşlanma əlamətləri göstərir. Tədqiqatçılar xüsusi hazırlanmış ürək toxumasını Beynəlxalq Kosmik Stansiyaya göndərərək onun necə fəaliyyət göstərdiyini ölçüblər.
Perseverance kəşfiyyat aparatı Marsda "zebra qayası" kəşf edib!
Perseverance kəşfiyyat aparatı Marsda "zebra qayası" kəşf edib!
NASA-nın Perseverance kəşfiyyat aparatı Marsda indiyə qədər heç vaxt görülməmiş unikal zolaqlı qaya aşkar edib. Zebra qayası adlanan yeni kəşfin dəqiq kimyəvi tərkibi hələlik məlum deyil.
Yer kürəsi, çox yaxında "2 ədəd Ay"a sahib olacaq!
Yer kürəsi, çox yaxında "2 ədəd Ay"a sahib olacaq!
2024 PT5 adlandırılan yeni bir asteroid, qısa müddətlik də olsa Yer kürəsinin ikinci peyki olacaq.
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Sierra Space, NASA-nın Johnson Kosmik Mərkəzində Ay torpağından ilk avtomatlaşdırılmış oksigen çıxarma prosesini həyata keçirib. Bu tarixi inkişaf, Ayda qurulacaq yaşayış yerləri üçün böyük əhəmiyyət kəsb edir.
Kosmosun qoxusu nəyə bənzəyir?
Kosmosun qoxusu nəyə bənzəyir?
“Kosmosun qoxusu nəyə bənzəyir?” sualı uzun illərdir maraq doğurur. Sual bir neçə dəfə və müxtəlif astronavtların şərhləri ilə müzakirə olunan mövzuya çevrilib. Ancaq bir müddətdir Beynəlxalq Kosmik Stansiyada qapalı qalan 2 astronavt bu məsələ ilə bağlı aktual şərhlərini paylaşıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ