main-post-cover

    Kainatın simulyasiya olması ilə bağlı yeni fərziyyə irəli sürülüb

    Elm & Texnologiya
    30.04.2025
    Emil Nəcəfov
         Bütün kainatın informasiya təbiətinə sahib olması və hesablama prosesi kimi işləməsi ehtimalı məşhur nəzəriyyələrdən biridir. Bu yanaşma informasiya fizikası sahəsindən qaynaqlanır və fiziki reallığın əslində strukturlaşdırılmış məlumatdan ibarət olduğunu irəli sürür. Yeni bir tədqiqatda fizik Melvin Vopson göstərir ki, qravitasiya kainatdakı hesablama prosesinin nəticəsidir. O, güman edir ki, qravitasiya əslində materiya haqqında məlumatın kainatda necə təşkil olunması ilə əlaqədar yarana bilər. İnformasiya dinamikasının ikinci qanunundan istifadə edən alim qeyd edir ki, materiya və obyektlər məkan daxilində bir-birinə qravitasiya ilə cəzb oluna bilərlər, çünki kainat məlumatı sıxılmış formada saxlamağa çalışır.
         Başqa sözlə, kainat nəhəng bir kompüter kimi işləyə bilər və bizim reallığımız simulyasiya edilmiş bir quruluş ola bilər. Fizik deyir ki, necə ki kompüterlər yaddaşa qənaət etmək və daha səmərəli işləmək üçün çalışırlar, kainat da eyni şeyi edə bilər. Bu səbəbdən qravitasiya - kainatın təşkilatlanmış qalmağa, yəni məlumatlarını nizamlı şəkildə saxlamağa çalışdığı bir hadisədir. Başqa sözlə, qravitasiya - informasiyanın sıxılmasına kömək edən hesablama prosesində optimallaşdırma mexanizmidir. Fizikin fikrincə, qravitasiya cazibəsi kainatda informasiya entropiyasını azaltmaq yönündəki fundamental meyildən yaranır. Bu isə o deməkdir ki, biz əslində kainatın virtual simulyasiyasında yaşaya bilərik və qravitasiya bunun sübutudur.
         Qravitasiya cazibəsi informasiya entropiyasını azaltmağa kömək edir. Bu entropiya isə əslində müəyyən bir məkanda obyektin nə qədər informasiya daşıdığını göstərir. Qravitasiya qalaktikaların formalaşmasında və obyektlərin bir-birinə təsirində mühüm rol oynayır. Vopson-un nəzəriyyəsinə görə, obyektlər bir-birinə cəzb oluna bilərlər, çünki kainat sadəcə hər şeyi optimallaşdırılmış və sıxılmış şəkildə saxlamağa çalışır. Melvin Vopson, kainatın əslində simulyasiya olduğuna dair fərziyyəni təsdiqləyən ilkin sübutlar tapdığını iddia etməsi ilə tanınır. Onun yeni nəticələri informasiya nəzəriyyəsindəki entropiya anlayışına əsaslanır. İnformasiya entropiyası adi entropiyaya bənzəsə də, ondan fərqlidir.
         Əgər adi entropiya zamanla artmağa meyllidirsə, Vopson-un fikrincə, informasiya entropiyası zamanla azalır və o bunu informasiya dinamikasının ikinci qanunu adlandırır. Alim hesab edir ki, əgər bizim kainatımız simulyasiyadırsa, o zaman simulyasiyanın işləməsi üçün hesablamaların gücünü və yaddaş tələblərini azaltmaq məqsədilə daxili optimallaşdırma və məlumat sıxma mexanizminə ehtiyac var. Vopson deyir ki, bu, rəqəmsal məlumatlarda, bioloji sistemlərdə, riyazi simmetriyalarda və bütövlükdə kainatda müşahidə edilə bilən bir haldır. Fizik bildirir ki, kainatın həqiqətən simulyasiya olub-olmaması sualı açıq olaraq qalır, lakin qravitasiyanın entropik təbiəti göstərir ki, informasiya fiziki reallığın fundamental tərkib hissəsidir və məlumatların sıxılması kainatda fiziki prosesləri idarə edir.
    Mənbə: Iflscience
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər Günəş sisteminin 9-cu planetinə namizədi təyin ediblər
    alimler-gunes-sisteminin-9-cu-planetine-namizedi-teyin-edibler
    Həyat üçün vacib molekullar kosmik vakuumda da formalaşa bilərlər
    heyat-ucun-vacib-molekullar-kosmik-vakuumda-da-formalasa-bilerler
    Çində 7 yaşlı uşağa dünyanın ən kiçik süni ürəyi implant edilib
    cinde-7-yasli-usaga-dunyanin-en-kicik-suni-ureyi-implant-edilib
    Mars və Sereranın araşdırılması üçün çoxplanetli missiya konsepsiyası təqdim edilib
    mars-ve-sereranin-arasdirilmasi-ucun-coxplanetli-missiya-konsepsiyasi-teqdim-edilib
    Tarixdə ilk dəfə tək şəkildə hərəkət edən Günəş kütləli qara dəlik kəşf edilib
    tarixde