
Mars mənşəli meteorit hərracda 5.3 milyon dollara satılıb
Elm & Texnologiya
17.07.2025
Emil Nəcəfov
Yer üzərində tapılmış ən böyük Mars mənşəli meteorit - NWA 16788 - Sotheby’s hərrac evinin saytında verilən məlumata görə, hərracda 5.3 milyon dollara satılıb. Daha əvvəl meteorit İtaliyada yerləşirdi. Alıcının adı açıqlanmır. NWA 16788 meteoritinin çəkisi 24.67 kq-dır. Bu, qədim dövrlərdə Mars səthindən qopmuş bir qaya parçasıdır. Bu qopma, Qırmızı planetlə asteroidin toqquşması nəticəsində baş verib. Meteorit 2023-cü ilin noyabrında Niger ərazisində, Sahara səhrasında aşkarlanıb.
Hərrac lotuna aid olan təsvirə əsasən, “NWA 16788 meteoritin əriməsi nəticəsində yaranmış qırmızımtıl-qəhvəyi örtüklə əhatəlidir ki, bu da ona şübhəsiz marsvari bir görünüş verir. Səthində həmçinin meteoritin Yer atmosferindən sürətlə keçməsi zamanı sürtünmə nəticəsində yaranan batıqlar aydın görünür”. Yerə nisbətən yaxın zamanda düşdüyü üçün bu meteoritin fiziki və kimyəvi tərkibində dəyişikliklər olduqca azdır.

Mütəxəssislər meteoritin ekspertizasını təşkil ediblər və analiz nəticəsində onun tərkibinin, 1976-cı ildə ABŞ-ın Viking zondunun Mars səthində topladığı və öyrəndiyi nümunələrlə kimyəvi baxımdan oxşar olduğu müəyyən edilib. Mars mənşəli meteoritlər son dərəcə nadirdir, baxmayaraq ki, ara-sıra Yer üzərində rast gəlinir. NWA 16788 meteoritinin isə eyni mənşəyə malik daha əvvəl tapılmış obyektlə müqayisədə 70% daha böyük olduğu ortaya çıxıb. Rəsmi olaraq 77 000-dən çox meteorit qeydə alınıb, lakin onlardan yalnız 400-ü Mars mənşəlidir. Bu obyekt satışa 13 iyulda çıxarılıb. Əvvəllər o, İtaliyanın Arezzo şəhərində yerləşən şəxsi qalereyada saxlanılırdı. 2024-cü ildə isə İtaliyanın kosmik agentliyində sərgilənmişdi. Sotheby's əvvəlki və yeni sahiblərin adlarını açıqlamayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub

Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub
Alimlər Marsda qədim çay sistemləri aşkar ediblər. Bu, Qırmızı planetin əvvəllər düşünüldüyündən daha rütubətli olduğunu göstərir. Araşdırma Marsın daim soyuq və quru olduğu, yalnız müəyyən dövrlərdə səthində maye suyun əmələ gəldiyi barədə mövcud nəzəriyyələri şübhə altına atır.
Mars süxur nümunələrinin ucuz qiymətə Yerə çatdırılması təklif edilib

Mars süxur nümunələrinin ucuz qiymətə Yerə çatdırılması təklif edilib
Lockheed Martin NASA-nın Mars Sample Return (MSR) missiyası çərçivəsində Marsdan Yerə süxur nümunələrinin gətirilməsi üçün daha az xərc tələb edən bir təklif irəli sürüb.
Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var

Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var
NASA-nın Perseverance aparatı Marsın geoloji keçmişinə nüfuz edə bilib. Bunun üçün o, qəribə bir dağ süxurunu araşdırıb. Alimlərin fikrincə, bu süxur özündə Marsda həyatın olub-olmaması barədə məlumat daşıya bilər.
Marsda qədim qrunt sularının mümkün izləri aşkar edilib

Marsda qədim qrunt sularının mümkün izləri aşkar edilib
NASA may ayında Curiosity aparatının ilk dəfə ziyarət etdiyi Mars bölgəsinin ilk görüntülərini yayımlayıb. Bu bölgə dağılmış səkini xatırladan mineral süxurlar şəbəkəsi ilə maraq doğurur.
Yeni fotolar Mars səthinin altında buzun olduğuna işarə edirlər

Yeni fotolar Mars səthinin altında buzun olduğuna işarə edirlər
Bu kəşfi Missisipi Universitetinin tədqiqatçıları ediblər. Onlar Marsdakı Amazonis Planitia adlı regionu müşahidə ediblər. Bu, əvvəllər də gələcək kosmik missiyalar üçün perspektivli ərazi hesab edilən orta enliklərdə yerləşən ərazidir.
Həftənin xəbərləri

