main-post-cover

    Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub

    Elm & Texnologiya
    11.07.2025
    Emil Nəcəfov
         Alimlər Marsda qədim çay sistemləri aşkar ediblər. Bu, Qırmızı planetin əvvəllər düşünüldüyündən daha rütubətli olduğunu göstərir. Araşdırma Marsın daim soyuq və quru olduğu, yalnız müəyyən dövrlərdə səthində maye suyun əmələ gəldiyi barədə mövcud nəzəriyyələri şübhə altına atır. Alimlər Mars Reconnaissance Orbiter kosmik aparatı vasitəsilə Marsda ümumi uzunluğu 15 000 km-dən çox olan qədim çay yataqları aşkar ediblər. Yeni tədqiqat göstərir ki, Qırmızı planet əvvəllər hesab olunandan daha rütubətli və yaşanabilən bir mühit olub. Tədqiqatçılar Marsın cənub yarımkürəsində yerləşən Noachis Terra bölgəsindəki dolama çay silsilələrini - digər adı ilə inveriya olunmuş kanalları - öyrəniblər.
         Güman olunur ki, bu strukturlar axan çay sularının gətirdikləri çöküntü süxurlarının bərkiməsi və ətraf materialın eroziyası nəticəsində səthə çıxması ilə formalaşıb. Çay silsilələrinin mövcudluğu göstərir ki, bir zamanlar Marsın bu bölgəsində bol maye su ilə zəngin çaylar olub və suyun ən ehtimal olunan mənbəyi yağış şəklində yağıntılar olub. Yeni məlumatlar alimlərə bu çay sistemlərinin yerləşməsi, uzunluğu və morfologiyası üzrə geniş bir ərazidə xəritə çıxarmağa imkan verib. Çay silsilələrinin bir çoxu təcrid olunmuş seqmentlər şəklində olsa da, bəziləri yüzlərlə kilometr uzanan və ətraf ərazidən onlarla metr hündürlükdə yerləşən kompleks sistemlər təşkil edir.
         Alimlər hesab edirlər ki, qədim çay yataqlarının geniş yayılması və bu çay silsilələrinin forması onların Marsın səthində nisbətən sabit şəraitdə, uzun zaman ərzində formalaşdıqlarını göstərir. Tədqiqatın müəllifləri bildirirlər ki, onlar Marsın bir zamanlar düşünüldüyündən qat-qat daha rütubətli bir planet olduğunu sübut edən yeni sübutlar əldə ediblər. Çay silsilələrinin geniş və bir-biri ilə əlaqəli sistemlər yaratması göstərir ki, maye su uzun müddət mövcud olub. Bu isə onu deməyə əsas verir ki, Noachis Terra adlanan ərazi uzun müddət isti və rütubətli şəraitdə olub. Bu araşdırma Marsın ümumilikdə soyuq və quru bir planet olduğu, yalnız nadir hallarda buzlaqların əriməsi nəticəsində yaranan çay vadilərinin formalaşdığı və bu çayların da qısa müddətli istiləşmə dövrlərində mövcud olduğu barədə nəzəriyyələri şübhə altına atır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Üçüncü ulduzlararası obyektin Günəş sisteminə hardan gəldiyi təyin edilib
    ucuncu-ulduzlararasi-obyektin-gunes-sistemine-hardan-geldiyi-teyin-edilib
    Planetdəki ən nadiq qan növü aşkar edilib
    planetdeki-en-nadiq-qan-novu-askar-edilib
    Plastik materialların parçalanması üçün mum qurdlarından istifadə nəzərdən keçirilir
    plastik-materiallarin-parcalanmasi-ucun-mum-qurdlarindan-istifade-nezerden-kecirilir
    Süni qanın yaradılması ilə bağlı növbəti irəliləyiş əldə edilib
    suni-qanin-yaradilmasi-ile-bagli-novbeti-irelileyis-elde-edilib
    Alimlər kainatın uzaq keçmişinə nəzər yetiriblər
    alimler-kainatin-uzaq-kecmisine-nezer-yetiribler