main-post-cover

    Məlumat emalı mərkəzləri insanları sudan və işıqdan məhrum edir

    Elm & Texnologiya
    23.10.2025
    Emil Nəcəfov
         Əsas yük hələlik hiperskale tipli məlumat mərkəzlərinin (MEM) tikintisində ABŞ-ın üzərinə düşsə də, yeni infrastrukturun yaranmasının mənfi təsirləri getdikcə daha çox nəzarətin zəif olduğu digər ölkələrdə hiss olunur. Synergy Research Group-un məlumatına görə, iyun ayının sonuna olan vəziyyətə əsasən, dünyanın 1244 ən böyük məlumat mərkəzinin təxminən 60%-i ABŞ-dan kənarda yerləşir və azı 575 hiperskale obyekt növbəsini gözləyir. Məlumat mərkəzlərinin sayı artdıqca, Meksikada və 10-dan çox ölkədə su və elektrik enerjisi ilə bağlı fasilələr də daha çox baş verir. Məsələn, İrlandiyada MEM-lər ölkənin ümumi enerji istehlakının 20%-dən çoxunu təşkil edir, Çilidə dəyərli yeraltı su ehtiyatları tükənir, Cənubi Afrikada isə artıq adi hala çevrilmiş işıq kəsintiləri vəziyyəti daha da ağırlaşdırır. Problemlər həmçinin Braziliya, Böyük Britaniya, Hindistan, Malayziya, Niderland, Sinqapur və İspaniyada da müşahidə olunur.
         Eyni zamanda, Google, Amazon, Microsoft və digər iri texnologiya şirkətləri resurs istehlakının real səviyyəsini açıqlamağa tələsmirlər - onlar adətən mənasız adlar altında fəaliyyət göstərən törəmə şirkətlər vasitəsilə işləyir və öz iştiraklarını gizlədirlər. Bununla belə, hökumətlər süni intellekt layihələri üçün ucuz torpaq, vergi güzəştləri, resurslara çıxış imkanı təqdim edir və tənzimləyici orqanların “qısabaxışlılığını” görməzdən gəlirlər. Texnologiya nəhəngləri isə bunun əvəzində yeni iş yerlərinin yaradılmasını, öz enerji istehsal güclərinin qurulmasını və tullantı sularının təkrar emalını əsas arqument kimi göstərirlər. Microsoft bildirir ki, Meksikanın mərkəzi hissəsindəki məlumat mərkəzi kampusunun ətraf mühitə zərər vurması ilə bağlı yayılan məlumatlar doğru deyil - şirkətin açıqlamasına görə, orada su çox az istifadə olunur, elektrik istehlakı isə cəmi 12.6 MVt təşkil edir (təxminən 50 000 yerli ev təsərrüfatına bərabər).
         Bununla belə, bölgədə tez-tez “blackout”lar - yəni elektrik kəsintiləri baş verir, həm elektrik, həm də içməli su çatışmazlığı yaşanır. Məsələn, Microsoft obyektinin yaxınlığında hepatit xəstəliyinin yayılması da su təchizatındakı fasilələr nəticəsində minimal gigiyena səviyyəsinin təmin olunmaması ilə əlaqələndirilir. Aktivistlər bu vəziyyətdə günahı milyonlarla dollarlıq investisiyalardan imtina etmək istəməyən, lakin əhaliyə heç bir dəstək ayırmayan yerli hakimiyyət orqanlarında görürlər. Queretaro ştatında (Meksika), harada ki Microsoft, Amazon və Google məlumat mərkəzləri yerləşir, artıq uzunmüddətli su və elektrik fasilələri müşahidə olunur və bu resurslar əhali üçün getdikcə daha əlçatmaz olur. Kəsintilər, xüsusilə, tibbi avadanlıqların işləməsinə mane olur, ərzaq və dərmanların yarasız hala gəlməsinə səbəb olur, insanları içməli su almağa məcbur edir.
         Yerli sakinlərin fikrincə, bu problemlər Microsoft məlumat mərkəzinin işə düşməsindən sonra daha da dərinləşib. Şirkətlər və yerli hakimiyyət nümayəndələri suyun təkrar dövriyyəsinə əsaslanan müasir soyutma sistemləri kimi yeni texnologiyalardan istifadə etdiklərini iddia edirlər, lakin sakinlər bu bəyanatlara skeptik yanaşır, çünki ən yaxşı resursların yenə də biznesə çatacağına inanırlar. Meksikada Microsoft yerli operator Ascenty vasitəsilə fəaliyyət göstərir və yaxın illərdə MEM-lərin ümumi gücünün 4 dəfə artırılaraq 1.5 GVt-a çatdırılması planlaşdırılır. Bununla yanaşı, hökumət bizneslə müqavilələrin detalları barədə məlumatların açıqlanmasını qadağan edən sazişlər imzalayır. Bununla belə, MEM-lərin tikintisi dayanmaq fikrində deyil, əksinə, əksər ölkələrin hökumətləri bu layihələrin kənd rayonlarında daha sürətli reallaşmasına çalışırlar.
         Meksika, Braziliya, Malayziya, BƏƏ və Səudiyyə Ərəbistanı rəsmiləri resurs çatışmazlığı problemlərini “inkişafın qiyməti” kimi qiymətləndirir və bunun İT nəhənglərini və onların MEM-lərini cəlb etmək üçün vacib olduğunu bildirirlər. Bu baxımdan İrlandiya nümunəsi xüsusilə diqqətəlayiqdir - ölkə qısa müddətdə MEM-lər üçün əsas bazarlardan birinə çevrilib, lakin bu da ciddi ziddiyyət yaradıb: enerji tutumlu obyektlərin sürətli artımı ölkənin “yaşıl enerji” gündəliyi ilə ziddiyyət təşkil edir. Proqnozlara görə, yaxın illərdə MEM-lər ölkənin ümumi enerji istehlakının 1/3-ni təşkil edəcək. Məlumat mərkəzlərinə qarşı hərəkat 2021-ci ildən güclənməyə başlayıb - həmin vaxt ictimai şəxslər və ekoloji qruplar daxil olmaqla yerli aktivistlər bu layihələri məhkəmələrdə müvəffəqiyyətlə və ya qismən uğurla mübahisələndirməyə başladılar.
         Əslində, Dublin və onun ətrafında 2022-ci ildən etibarən yeni məlumat mərkəzi kampuslarının tikintisinə moratorium tətbiq olunub. Kompromis variant kimi hökumət məlumat mərkəzi operatorlarına özlərinə məxsus fosil yanacaqla işləyən elektrik stansiyaları və özəl elektrikötürücü xətləri tikməyə icazə verməyə hazırdır. Ekoaktivist qrupları müxtəlif ölkələrdən - o cümlədən İspaniya, Fransa və digərlərindən - fəaliyyətlərini əlaqələndirir, uğurlu taktika barədə məlumat və hətta resurs mübadiləsi aparırlar. Problemin miqyası həqiqətən də böyükdür. Mövcud proqnozlara görə, 2035-ci ilə qədər məlumat mərkəzləri bütövlükdə Hindistan qədər enerji istehlak edəcək, hətta tək bir böyük məlumat mərkəzi belə gündə minlərlə kubmetr su sərf edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Amazon 600 000 əməkdaşını robotlarla əvəz etməyi planlaşdırır
    amazon-600-000-emekdasini-robotlarla-evez-etmeyi-planlasdirir
    İnsanabənzər Unitree H2 robotu təqdim edilib (VİDEO)
    insanabenzer-unitree-h2-robotu-teqdim-edilib-video
    Avropa Birliyi istehsalçıları şarj cihazlarını ayrılabilən USB-C naqili ilə təchiz etməyə məcbur edəcək
    avropa-birliyi-istehsalcilari-sarj-cihazlarini-ayrilabilen-usb-c-naqili-ile-techiz-etmeye-mecbur-edecek
    Cray-1 superkompüterinin yarım əsrlik yubileyinə həsr olunmuş xatirə sikkəsinin dizaynı təqdim edilib
    cray-1-superkomputerinin-yarim-esrlik-yubileyine-hesr-olunmus-xatire-sikkesinin-dizayni-teqdim-edilib
    ABŞ-da ağcaqanad ölçüsündə mikro dronlar hazırlanır
    abs-da-agcaqanad-olcusunde-mikro-dronlar-hazirlanir