main-post-cover

    Microsoft Vaşinqton Universiteti ilə birlikdə yosunlardan "yaşıl" sement hazırlayıb

    Elm & Texnologiya
    13.08.2025
    Emil Nəcəfov
         Microsoft şirkəti Vaşinqton Universiteti ilə birlikdə yosunlardan istifadə etməklə aşağı karbon tərkibli sementin yaradılması üzərində işləyir. Məlumata görə, tədqiqatçılar ənənəvi sement qarışığının bir hissəsini yosunlarla, xüsusən də sürətlə böyüyən və “karbon mənfi” xüsusiyyətə malik olan dəniz bitkisi Ulva ilə əvəz ediblər. Bu bitki torpaq sahələrindən istifadə edilmədən yetişdirilə bilər. Məlumata görə, Ulva sement qarışığına əlavə edilməzdən əvvəl susuzlaşdırılır, bu da qarışığın hazırlanmasını sadələşdirir. Ulvanın sementin möhkəmliyinə təsirini daha yaxşı qiymətləndirmək üçün komanda machine learning alqoritmlərindən istifadə edib. Bu alqoritmlər 28 günlük sınaq müddətini gözləmədən zəif nəticə verəcək komponent kombinasiyalarını öncədən müəyyən edib və kənarlaşdırmağa imkan veriblər.
         Alimlər ənənəvi sementlə müqayisədə 21% daha az karbon izi buraxan, eyni zamanda lazımi möhkəmlik xüsusiyyətlərini qoruyub saxlayan bir qarışıq hazırlaya biliblər. Bundan əlavə, 28 günlük sınaqlar zamanı yeni layihələndirmə prosesi maksimum mümkün karbon emissiyası azaldılmasının 93%-nə nail olmağa imkan verib. Onların sözlərinə görə, bu tədqiqat təkcə daha “yaşıl” sement yaratmağa deyil, həm də təcrübələri, kompüter modelləşdirməsini və ətraf mühitə təsirin analizini birləşdirən yeni, sürətli ekoloji dayanıqlı materiallar hazırlama metodikasını nümayiş etdirməyə imkan verib. Bildirilir ki, bu yanaşma digər ekoloji cəhətdən təhlükəsiz, lakin konkret texniki xüsusiyyətlərə malik materialların hazırlanmasına da tətbiq oluna bilər. Sement məlumat mərkəzlərinin tikintisi üçün kritik əhəmiyyətə malik bir materialdır.
         Biznesin dekarbonlaşdırılması planları çərçivəsində bəzi məlumat mərkəzi inşaatçıları artıq “aşağı karbonlu” alternativlərin araşdırılmasına başlayıblar. Microsoft şirkəti hələ 2023-cü ildə Vaşinqton ştatının Kvinsi şəhərində yerləşən bir məlumat mərkəzinin tikintisində aşağı karbonlu beton qarışıqlarının istifadəsini sınaqdan keçirmişdi. 2025-ci ilin may ayında Microsoft, aşağı karbonlu tikinti materialları hazırlayan Sublime Cement şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, Microsoft-un 6-9 il ərzində 623 000 ton ekoloji sement alacağı və bu materiallardan məlumat mərkəzləri də daxil olmaqla obyektlərin tikintisində, coğrafi cəhətdən mümkün olan yerlərdə istifadə ediləcəyi gözlənilir. AWS, Meta Stack şirkətləri də aşağı karbonlu sementdən istifadə öhdəliyi götürüblər, lakin bu, hələ ki genişmiqyaslı tətbiq səviyyəsinə çatmayıb. Eyni zamanda, Google, Meta, Microsoft və Amazon şirkətləri məlumat mərkəzləri üçün “yaşıl” polad tədarükünü də planlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    GitHub tamamilə Microsoft-un idarəsi altına keçib
    github-tamamile-microsoft-un-idaresi-altina-kecib
    Kaliforniyadan olan şəxs Windows 10 dəstəyinin dayandırılması səbəbilə Microsoft-u məhkəməyə verib
    kaliforniyadan-olan-sexs-windows-10-desteyinin-dayandirilmasi-sebebile-microsoft-u-mehkemeye-verib
    Microsoft ən məşhur mobil tətbiqinin dəstəyini yaxın zamanda dayandıracaq
    microsoft-en-meshur-mobil-tetbiqinin-desteyini-yaxin-zamanda-dayandiracaq
    Microsoft GPT-5-i artıq Copilot-a inteqrasiya edib
    microsoft-gpt-5-i-artiq-copilot-a-inteqrasiya-edib
    Microsoft Google DeepMind mütəxəssislərini özünə cəlb edir
    microsoft-google-deepmind-mutexessislerini-ozune-celb-edir