main-post-cover

    OLED ekran piksellərinə səsgücləndiricilər inteqrasiya edilib

    Elm & Texnologiya
    29.05.2025
    Emil Nəcəfov
         Cənubi Koreyanın POSTECH (Pohanq Elm və Texnologiya Universiteti) alimləri piksellərə əsaslanan lokal səs texnologiyasına malik OLED panel nümayiş etdiriblər - səs birbaşa ekran səthindən yayımlanır. Prototipin ölçüsü 13 düym təşkil edir ki, bu da planşet və noutbuk ekranları ilə müqayisə oluna bilər. Bu tip ekranın hər bir pikseli ayrıca bir səsgücləndirici kimi işləyə bilir və bu sayədə xarici səsgücləndiricilər olmadan çoxkanallı səs sistemi yaradılır. Professor Su Seok Choi və aspirant Inpyo Hong-un rəhbərlik etdiyi tədqiqat qrupu orqanik işıq saçan diod (OLED) təbəqələrinin altına ultra nazik piezoelektrik elementlər yerləşdirib. Onlar elektrik siqnallarını lokal vibrasiyalara çevirirlər. Beləliklə ekranın müəyyən bölgələrində fərdi səslər yaradıla bilər, lakin panel yenə də nazik qalır.
         Hər bir yayıcı element izolyasiya olunub, bir bölgədən yayılan səs qonşu bölgələrə keçmir. Bu da digər texnologiyalarla hazırlanmış panel səsgücləndiricilərində rast gəlinən çarpaz müdaxilələrin qarşısını alır. Piezoelektrik elementlərin vibrasiyalarını idarə etmək üçün alimlər ekranların hazırlanmasında istifadə olunan materialın forması, ölçüsü və müqavimətinə uyğun çərçivə konstruksiyaları quraşdırıblar. Bu çərçivə akustik enerjini müəyyən zonalarla məhdudlaşdırır, tezlik xarakteristikasını düzləşdirir və daha geniş diapazonda ümumi harmonik təhrifləri azaldır. İlk sınaqlar göstərib ki, panel daxil olan gərginlik və dinləyici ilə məsafə dəyişsə belə, sabit səviyyədə səs təzyiqi yarada bilir.
         Texnologiya artıq bazara çıxmağa hazırdır. Digər ekran və səsgücləndiricinin hibrid quruluşuna əsaslanan həllərdən fərqli olaraq, POSTECH-in texnologiyası ekranın nazik qalmasına və keyfiyyətli məkan səsi təqdim edilməsinə imkan verir. Hazırda işlək vəziyyətdə olan 13 düym ölçülü prototip göstərir ki, bu cür texnologiyaları planşetlər, noutbuklar və avtomobil idarəetmə panelləri üçün nəzərdə tutulan mövcud OLED ekran istehsal xətlərinə nisbətən asan şəkildə inteqrasiya etmək mümkündür. Lakin layihənin müəllifləri texnologiyanın gələcək inkişafı ilə bağlı əlavə planları açıqlamayıblar. Texnologiyanın bazara nə vaxt çıxacağı bəlli deyil, hətta ümumiyyətlə bu prosesin baş verib-verməyəcəyi də qeyri-müəyyəndir.
    Mənbə: Science Daily
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Starship-in doqquzuncu sınaq uçuşu kosmik gəminin və raketin itirilməsi ilə nəticələnib (VİDEO)
    starship-in-dpqquzuncu-sinaq-ucusu-kosmik-geminin-ve-raketin-itirilmesi-ile-neticelenib-video
    Havadan benzin əldə edən qurğu hazırlanıb
    havadan-benzin-elde-eden-qurgu-hazirlanib
    Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
    enerjinin-naqilsiz-sekilde-oturulmesinde-yeni-rekorda-imza-atilib
    Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"
    tesla-optimus-un-kecmis-rehberi-tesla-robotlari-istehsalatda-calismaga-yaramir
    Çində robotların iştirakı ilə boks döyüşü keçirilib
    cinde-robotlarin-istiraki-ile-boks-doyusu-kecirilib