
Orta büdcəli smartfonlar üçün Snapdragon 7 Gen 4 prosessoru təqdim edilib
Elm & Texnologiya
15.05.2025
Emil Nəcəfov
Qualcomm şirkəti orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 7 Gen 4 adlı yeni prosessorunu təqdim edib. Beləliklə Snapdragon 7 Gen 4 prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb və özündə 8 nüvəni birləşdirir. Nüvələr prosessorun tərkibində “1 + 4 + 3” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, prosessor özündə 1 ədəd 2.8 GHz tezlikli nüvəni, 4 ədəd 2.4 GHz tezlikli nüvəni və 3 ədəd 1.8 GHz tezlikli nüvəni birləşdirir.

Qualcomm bildirib ki, daha əvvəlki prosessor ilə müqayisədə Snapdragon 7 Gen 4-ün hesablama gücü 27% daha yüksəkdir. Qualcomm bu yeni prosessorda qrafik imkanlardan cavabdeh olan qrafik çipin modelini açıqlamayıb. Bununla belə şirkət bildirib ki, daha əvvəlki prosessorun qrafik çipi ilə müqayisədə Snapdragon 7 Gen 4-ün qrafik çipi 30% daha performanslıdır. Bununla yanaşı qeyd edilib ki, Snapdragon 7 Gen 3-ün neyron çipi ilə müqayisədə Snapdragon 7 Gen 4-ün neyron çipi 65% daha performanslıdır.

Snapdragon 7 Gen 4-ün əsas fərqləndirici özəlliklərindən biri odur ki, o, böyük dil modelləri əsasında olan generativ süni zəka sistemlərini lokal şəkildə dəstəkləyir. Yəni Snapdragon 7 Gen 4 prosessoruna sahib smartfonda generativ süni zəka sistemlərindən istifadə etmək üçün bulud servisə qoşulmağa ehtiyac yoxdur. Belə ki, prosessor generativ süni zəka sistemlərini birbaşa özündə işə sala bilir. Qualcomm-un bu yeni prosessoruna Snapdragon X75 5G modemi quraşdırılıb. Prosessor LPDDR5X standartlı RAM yaddaşlarını və 200 MP-ə qədər kameraları dəstəkləyir. Snapdragon 7 Gen 4-ə sahib ilk smartfonlar yaxın aylar ərzində təqdim olunmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Snapdragon 8 Gen Elite prosessorunun imkanları açıqlanıb

Snapdragon 8 Gen Elite prosessorunun imkanları açıqlanıb
Digital Chat Station ləqəbli məşhur insayder, Qualcomm şirkətinin 2025-ci ilin ikinci yarısında təqdim etməsi gözlənilən Snapdragon 8 Gen Elite 2 adlı flaqman mobil prosessorunun xüsusiyyətlərini açıqlayıb.
Snapdragon 8s Gen 4 subflaqman prosessoru təqdim edilib

Snapdragon 8s Gen 4 subflaqman prosessoru təqdim edilib
Qualcomm şirkəti Snapdragon 8s Gen 4 adlı yeni subflaqman prosessorunu təqdim edib. TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış bu yeni subflaqman prosessor özündə Oryon nüvələri əvəzinə Kryo nüvələrini birləşdirir.
Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər

Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər
Samsung Android smartfon seqmentində proqram təminatına dəstək səviyyəsini daim yüksəldir. Şirkət Android əməliyyat sistemi üçün 4 əsas yeniləmə vəd edən ilk istehsalçı olub.
Snapdragon 6 Gen 4 prosessorunun texniki imkanları ortaya çıxıb

Snapdragon 6 Gen 4 prosessorunun texniki imkanları ortaya çıxıb
Qualcomm şirkəti yaxın zamanda Snapdragon 6 Gen 4 prosessorunu təqdim etməlidir. İndi isə internetdə bu yeni prosessorun texniki imkanları barəsində məlumatlar ortaya çıxıb.
Samsung-un bəzi yeni qatlana bilən smartfonları Snapdragon 9 Elite prosessorunun yeni versiyasını əldə edəcəklər

Samsung-un bəzi yeni qatlana bilən smartfonları Snapdragon 9 Elite prosessorunun yeni versiyasını əldə edəcəklər
Keçən il ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti 2025-ci ildə 4 ədəd yeni qatlana bilən smartfon təqdim edəcək.
Həftənin xəbərləri

