main-post-cover

    Orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 7s Gen 4 prosessoru təqdim olunub

    Elm & Texnologiya
    20.08.2025
    Emil Nəcəfov
         Qualcomm şirkəti Snapdragon 7s Gen 3-ün təqdimatından 1 il sonra onun davamçısı olan Snapdragon 7s Gen 4 prosessorunu təqdim edib. Orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş bu yeni prosessor özündə süni intellekt dəstəyini qoruyub saxlayıb və üstəlik daha sürətli mərkəzi və qrafik çipi əldə edib. Ümumiyyətlə yeni prosessor keçən ilki Snapdragon 7s Gen 3-dən çox az fərqlənir. Snapdragon 7s Gen 4 sadəcə olaraq 7% daha sürətli çalışır.
         4 nanometrlik texnoloji proses əsasında hazırlanmış bu yeni prosessor 8 nüvəlidir və nüvələr onun tərkibində “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, Snapdragon 7s Gen 4 özündə 2.7 Ghz tezlikli 1 ədəd Cortex-A720 nüvəsini, 2.4 GHz tezlikli 3 ədəd Cortex-A720 nüvəsini və 1.8 Ghz tezlikli 4 ədəd Cortex-A520 nüvəsini birləşdirir. Yeni prosessor 144 Hz-ə kimi təsvir yenilənməsinə və 2900x1300 pikselə qədər olan ekranları, 200 MP-ə qədər olan kameraları, Bluetooth 5.4-ü və Wi-Fi 6E-ni dəstəkləyir. Gözləntilərə əsasən Snapdragon 7s Gen 4-ü əldə edəcək ilk smartfon yaxın günlərdə təqdimatı baş tutacaq REDMI Note 15 Pro+ olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi flaqman smartfonlarını Qualcomm prosessorları ilə təmin etməyə davam edəcək
    xiaomi-flaqman-smartfonlarini-qualcomm-prosessorlari-ile-temin-etmeye-davam-edecek
    Qualcomm növbəti Snapdragon Elite flaqman prosessorunun təqdimat tədbirini anons edib
    qualcomm-novbeti-snapdragon-elite-flaqman-prosessorunun-teqdimat-tedbirini-anons-edib
    Orta büdcəli smartfonlar üçün Snapdragon 7 Gen 4 prosessoru təqdim edilib
    orta-budceli-smartfonlar-ucun-snapdragon-7-gen-4-prosessoru-teqdim-edilib
    Snapdragon 8 Gen Elite prosessorunun imkanları açıqlanıb
    snapdragon-8-gen-elite-prosessorunun-imkanlari-aciqlanib
    Snapdragon 8s Gen 4 subflaqman prosessoru təqdim edilib
    snapdragon-8s-gen-4-subflaqman-prosessoru-teqdim-edilib