
Qlobal temperaturun stabil qalacağı halda belə buzlaqların 40%-i məhv olacaq
Elm & Texnologiya
03.06.2025
Emil Nəcəfov
Alimlərin fikrincə, əgər qlobal temperatur artımı dayansa və mövcud səviyyədə sabitləşsə belə, Yer kürəsi yenə də buzlaqlarının 40%-ni itirəcək. Bu o deməkdir ki, parnik qazlarının emissiyası səbəbilə artıq baş vermiş iqlim dəyişiklikləri bir çox buzlaqların qaçılmaz şəkildə məhv olmasına gətirib çıxarıb. Bu proseslərin nəticələri fəlakətli ola bilər və artıq özünü göstərməyə başlayıb. Belə ki, ötən həftə bir buzlaqın sürüşməsi İsveçrədə bir kəndi demək olar ki, tamamilə məhv edib. Təbii yanacağın yandırılması nəticəsində yaranan pstnik qazları artıq elə kritik dəyişikliklərə səbəb olublar ki, bir çox buzlaqların mövcudluğu qeyri-mümkün hala gəlib. Nəticədə, buzlaqlar əriməyə davam edir, bu isə lokal fəlakətlərə səbəb olur və ekosistemlər üçün ciddi təhlükə yaradır.

Alplarda 1950-ci ildən bu yana buzlaqlar öz səthlərinin yarısını itiriblər və bu proses getdikcə sürətlənir. Ohayo Dövlət Universitetindən qlasioloq (bütün növ buzların öyrənilməsi ilə məşğul olan mütəxəssis) Lonnie Thompson-un sözlərinə görə, bu əsr ərzində Alplardakı bütün buzlaqlar yox ola bilər. Xüsusilə narahatedici vəziyyət İsveçrədə müşahidə olunur. Burada Avropanın ən çox buzlağı yerləşir. 2022-ci ildə ölkə buzlaqların ümumi həcminin 6%-ni itirib ki, bu da müşahidələr tarixində rekord göstəricidir. 2023-cü ildə isə itki 4% təşkil edib. 2023-cü il araşdırmasına əsasən, Peruda son 60 il ərzində buzlaqlı səthin yarıdan çoxu yoxa çıxıb. Təkcə 2016-2020-ci illər arasında 175 buzlaq ərimişdir. Bu da əsasən qlobal orta temperaturun artması ilə bağlıdır. Nəticələr artıq hiss olunur.

Belə ki, ötən həftə İsveçrənin Blatten kəndində güclü torpaq sürüşməsi baş verib. Əbədi donmuş torpağın əriməsi səbəbilə dağın yamacı dayanıqlığını itirərək çökmüş və Berç buzlağına zərər yetirmişdir. Hakimiyyət orqanları təxminən 300 sakini və bütün mal-qaranı təxliyə edib. Bu, tək hadisə deyil: 2022-ci ildə İtaliyada Marmolada buzlağının çökməsi 11 nəfərin həyatına son qoymuşdu. Son illərdə Tibetdə və Peruda da oxşar faciələr qeydə alınıb. Belə dağıntıların səbəbi yalnız havanın isinməsi deyil, həm də dağ süxurlarının və əbədi donmuş torpağın əriməsidir ki, bu da yamacların dayanıqlığını pozur. Buzlaqların ətəyində yaranan göllər tez-tez daşır, torpaq sürüşmələrinə və qəfil daşqınlara səbəb olur.

Araşdırmaya əsasən, qlobal temperaturun mövcud səviyyədə sabitləşəcəyi halda belə, dünya buzlaqlarının təxminən 40%-ni itirəcək. Lakin istiləşməni 1.5 dərəcə Selsi ilə məhdudlaşdırmaq mümkün olarsa - bu, 2015-ci il Paris sazişi ilə müəyyən edilmiş hədəf həddir - bu zaman temperaturun artmağa davam etdiyi ssenari ilə müqayisədə 2 dəfə çox buzlaq qorunub saxlanıla bilər. Buna baxmayaraq, Alyaska Universitetindən qlasioloq Martin Truffer-in qeyd etdiyi kimi, bəzi bölgələrdə buzlaqların yox olması artıq qaçılmazdır. Onun sözlərinə görə, Alyaskada elə yerlər var ki, alimlərin hesablamalarına əsasən, əlavə istiləşməyə ehtiyac yoxdur - iqlim artıq elə dərəcədə dəyişib ki, buzlaqların taleyi müəyyən olunub. Onların bəziləri sadəcə ona görə hələ də mövcuddur ki, tamamilə ərimələri üçün vaxt lazımdır.
Linki kopyala
qlobal istileshme
iqlim deyishikliyi
science news
qlobal istilesme
iqlim deyisikliyi
global warming
climate change
Bənzər xəbərlər
Oxşar xəbərlər
Zamanda səyahət paradokslarsız mümkün ola bilər

Zamanda səyahət paradokslarsız mümkün ola bilər
Zamanda səyahət elmi fantastika kitabları və filmlərdə tez-tez işlənən süjetlərdən biridir. Təbii ki, bir çox insan keçmişə qayıdıb həyatındakı bəzi hadisələri dəyişmək və ya önəmli anları yenidən yaşamaq istərdi. Bir tərəfdən, zaman səyahətinin mümkün olmadığı düşünülür, lakin bəzi fiziklər bunun əksini iddia edirlər.
Alimlər Enselada yerli mikroorqanizmləri göndərməyi təklif edirlər

Alimlər Enselada yerli mikroorqanizmləri göndərməyi təklif edirlər
Tədqiqatçılar qeyri-adi bir təcrübə təklif edirlər. Söhbət, mikroorqanizmlərin Saturna məxsus peyk olan Enselada göndərilməsindən gedir. Eyni zamanda isə alimlər bunun nəyə görə edilməməli olduğunu da izah ediblər.
Qravitasiya dalğaları insan təkamülünə təsir göstərmiş ola bilər

Qravitasiya dalğaları insan təkamülünə təsir göstərmiş ola bilər
Ümumi nisbilik nəzəriyyəsi ilə əvvəlcədən proqnozlaşdırılan qravitasiya dalğaları 2015-ci ildə qeydə alındı və bu, astrofizika üçün mühüm hadisəyə çevrildi.
Çin asteroiddən nümunələr götürəcək stansiyasını kosmosa göndərib

Çin asteroiddən nümunələr götürəcək stansiyasını kosmosa göndərib
28 may tarixində Tianwen-2 adlı planetlərarası stansiyanı daşıyan Changzheng-3B raketdaşıyıcısı Çin kosmodromundan uğurla buraxıldı.
Kosmik fon radiasiyasında erkən qalaktikaların izləri aşkar edilib

Kosmik fon radiasiyasında erkən qalaktikaların izləri aşkar edilib
Böyük partlayışdan 380 min il sonra yaranmış fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması), standart kosmoloji modelin əsas sübutlarından biri hesab olunur.
Həftənin xəbərləri

