main-post-cover

    Sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiya inşa ediləcək

    Elm & Texnologiya
    14.05.2024
    Emil Nəcəfov
         Hydrostor şirkəti sıxılmış hava əsasında enerjinin saxlanması sahəsində lider şirkətlərdən biri hesab edilir. Bu ilin sonunda sözügedən şirkət Avstraliyanın Yeni Cənubi Uels ştatında sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiyanın inşasını planlaşdırır. Məlumata əsasən şirkət bunun üçün bərpa olunan enerji mənbələri vasitəsilə çalışa biləcək böyük hava kompressorundan istifadəni nəzərdə tutub. Plana əsasən elektrostansiyanın sistemi ətraf mühitdən havanı udacaq.
         Udulan hava sıxılaraq borular vasitəsilə 300 metrdən çox dərinlikdə yerləşən mağaraya ötürüləcək. Sıxılma prosesi zamanı hava istilik enerjisi ayıracaq və sistem həmin istilik enerjisini təkrar istifadə üçün yığacaq. Bunun nəticəsində yaranacaq nəmişlik isə mədən sayəsində sistemin yerüstü saxlanma anbarına su qismində yığılacaq. Elektrik enerjisinin generasiyası üçün sistem yığılmış suyu mağaraya ötürəcək.
         Mağaraya ötürüləcək su öz növbəsində ordakı havanı xarici istiqamətə itələyəcək. Xarici istiqamətə itələnəcək hava daha öncəki proses çərçivəsində əldə edilmiş istilik enerjisi ilə qarışaraq çox sıx və isti havanın formalaşmasına şərait yaradacaq. Həmin isti hava isə elektrik enerjisinin istehsalı məqsədilə xüsusi turbinə ötürüləcək. Məlumata əsasən iki ədəd bu cür elektrostansiya ümumi gücü 0.9 giqavat təşkil edəcək elektrik enerjisinin istehsalını mümkün edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb
    atmosferdeki-co2-qazinin-emali-ucun-nezerde-tutulmus-en-boyuk-zavod-ise-salinib
    Suyu mikroplastik hissəciklərdən və bakteriyalardan təmizləyən kiçik robotlar hazırlanıb (VİDEO)
    suyu-mikroplastik-hisseciklerden-ve-bakteriyalardan-temizleyen-kicik-robotlar-hazirlanib-video
    Yüksək sürətli şarj imkanına sahib natrium-ion batareya hazırlanıb
    yuksek-suretli-sarj-imkanina-sahib-natrium-ion-batareya-hazirlanib
    5G-dən 10 dəfə daha sürətli: Yaponiyada 6G şəbəkəsi test edilib
    5g-den-10-defe-daha-suretli-yaponiyada-6g-sebekesi-test-edilib
    Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
    cinde-elektrikle-calisan-insana-benzer-robot-teqdim-edilib