main-post-cover

    Suyu mikroplastik hissəciklərdən və bakteriyalardan təmizləyən kiçik robotlar hazırlanıb (VİDEO)

    Elm & Texnologiya
    13.05.2024
    Emil Nəcəfov
         Çexiyanın Brno Texniki Universitetinin mütəxəssisləri suyun çirklənməsinə səbəb olan mikroplastik hissəciklərlə effektiv mübarizə apara bilən kiçik ölçülü robotlar hazırlayıblar. Hazırlanmış mikroskopik ölçülü robotlar həmçinin suyu adətən plastikdə rast gəlinən zərərli bakteriyalardan da təmizləyə bilirlər. Qeyd etmək lazımdır ki, mikroplastik hissəciklər dedikdə diametri 5 mm təşkil edən plastik hissəciklər nəzərdə tutulur. Onlar sularda olan tullantıların daha kiçik hissələrə parçalanmaları nəticəsində əmələ gəlirlər. Bu kateqoriyaya sintetik paltar liflərinin qalıqları, avtomobil təkərlərinin fraqmentləri və zərərli bakteriyaların maraq dairələrinə daxil olan digər plastik materiallar aiddirlər.
         Brno Texniki Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış mikroskopik ölçülü sferik robotların eni cəmi 2.8 mikrometr təşkil edir. Onların gövdələrinin hazırlanmasında Dynabead adlı maqnit muncuqdan istifadə edilir. Hər bir robotun gövdəsinin səthinə isə müsbət cərəyanlı polimer iplər bərkidilir. Suya daxil olandan və fırlanan maqnit sahəsinin təsirindən sonra bu robotlar bir-biriləri ilə birləşərək yastı strukturlar yaradırlar və həmin strukturlar maqnit dalğaları istiqamətində hərəkət edirlər.
         Robotların bu cür hərəkətləri nəticəsində mikroplastik hissəciklər və bakteriyalar onların gövdələrinin səthlərində olan müsbət cərəyanlı polimer iplərə cəzb olunurlar. 30 dəqiqəlik bu prosesdən sonra mütəxəssislər mikroplastik hissəciklər ilə bakteriyaları robotlardan ayırıblar və bütün mikrobları məhv etmək üçün onları ultrabənövşəyi şüalanma vasitəsilə emal ediblər. Məlumatda qeyd edilib ki, robotları təkrar şəkildə istifadə etmək mümkündür. Lakin bu texnologiyanın miqyasını genişləndirmək üçün 5-10 il vaxt lazım olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yüksək sürətli şarj imkanına sahib natrium-ion batareya hazırlanıb
    yuksek-suretli-sarj-imkanina-sahib-natrium-ion-batareya-hazirlanib
    5G-dən 10 dəfə daha sürətli: Yaponiyada 6G şəbəkəsi test edilib
    5g-den-10-defe-daha-suretli-yaponiyada-6g-sebekesi-test-edilib
    Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib
    cinde-elektrikle-calisan-insana-benzer-robot-teqdim-edilib
    Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
    dunyanin-en-boyuk-3d-printeri-evi-80-saata-insa-edir
    Yeni elektromobil batareyası 1000 km yol qətt etmə imkanını verəcək
    yeni-elektromobil-batareyasi-1000-km-yol-qett-etme-imkanini-verecek