
SpaceX-in Starbase bazası rəsmi şəkildə şəhərə çevriləcək
Elm & Texnologiya
05.05.2025
Emil Nəcəfov
Texasın cənubunda yeni bir şəhər - Starbase yaradılacaq. Keçən həftəsonu Boka-Çika bölgəsinin sakinləri, SpaceX şirkətinin Starbase bazasının yerləşdiyi ərazidə yeni bir bələdiyyənin qurulması üçün səs veriblər. Şəhərin yaradılması təşəbbüsü birbaşa Elon Musk-ın şirkəti SpaceX tərəfindən irəli sürülüb. Dairə Seçki Komissiyasının məlumatına görə, Boka-Çikanın yeni şəhərin tərkibinə daxil edilməsinin lehinə 212 nəfər, əleyhinə isə 6 nəfər səs verib. Eyni zamanda, ilk bələdiyyə rəsmiləri də təsdiqlənib - onların hamısı SpaceX-in hazırkı və ya keçmiş əməkdaşlarıdır və rəqibsiz seçiliblər. Starbase-in ilk meri SpaceX-in vitse-prezidenti Bobby Peden olacaq. Qeydiyyatdan keçmiş 283 seçicinin böyük hissəsini SpaceX əməkdaşları təşkil edir. Bir çoxu əvvəlcədən səsvermədən istifadə edib.

Sahəsi 3.9 km² olan yeni bələdiyyə planlaşdırma, vergitutma və infrastrukturun idarə olunması sahələrində səlahiyyətlər əldə edəcək. Bununla belə, təşəbbüs ətraf ərazilərin sakinləri arasında birmənalı qarşılanmayıb. Tənqidçilər şirkəti ətraf mühitə ziyan vurmaqda və təbii ərazilərə çıxışı məhdudlaşdırmaqda ittiham edirlər. Bu region uzun müddət azsakinli olmuşdu, ta ki, 2012-ci ildə SpaceX burada öz obyektlərini yerləşdirmək üçün torpaq almağa başlamayana qədər. Bu gün ərazidə təxminən 500 nəfər yaşayır, onların arasında şirkət əməkdaşları da var. Bölgədə yaşayış evləri, SpaceX-in qərargahı, Elon Musk-ın iqamətgahı inşa olunub, həmçinin milyarderin büstü və “Memes Street” adlanan bir küçə də salınıb.

Starbase 5 min nəfərə qədər əhali üçün nəzərdə tutulan C tipli bələdiyyə statusu alacaq. Buna baxmayaraq, şəhər rəhbərliyi yerli vergilər tətbiq etmək, yolları bağlamaq və raket buraxılışları və digər tədbirlər zamanı Boka-Çika çimərliyinə və eyniadlı dövlət parkına girişi məhdudlaşdırmaq səlahiyyətinə malik olacaq. Bu funksiyaları əvvəllər Kameron dairəsinin hakimiyyəti yerinə yetirirdi. Səsvermənin nəticələri dairə rəhbərliyi ilə yeni şəhər arasında maraqlar toqquşmasına səbəb ola bilər. Kameron dairəsinin hakimi Eddie Trevino, Starbase rəhbərliyinə çimərliklərə nəzarət hüququ verəcək qanun layihəsinin qəbuluna qarşı çıxır. Bu arada, SpaceX raket uçuşu missiyalarının sayını ildə 5-dən 25-ə qədər artırmağı planlaşdırır ki, bu da sahilyanı ərazilərə girişin daha tez-tez məhdudlaşdırılması demək ola bilər.
Mənbə: BBC
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın hava hücumundan müdafiə sistemi ilə Elon Musk və digərləri məşğul ola bilər

ABŞ-ın hava hücumundan müdafiə sistemi ilə Elon Musk və digərləri məşğul ola bilər
ABŞ Prezidenti Donald Trump hakimiyyətinin əvvəlində bəyan etmişdi ki, raket zərbələri ölkə üçün ən ciddi təhdiddir və onların qarşısını almaq üçün ABŞ ərazisinin tamamı İsrailin hava hücumundan müdafiə sisteminə bənzər “Qızıl Qübbə” ilə əhatə olunmalıdır.
SpaceX Falcon 9-un birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb

SpaceX Falcon 9-un birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb
SpaceX Falcon 9 daşıyıcı raketinin birinci pilləsinin təkrar istifadəsində yeni rekorda imza atıb - raket 14 aprel tarixində 27-ci dəfə uçuşa göndərilərək orbitə 21 ədəd V2 Mini internet peykini çatdırıb.
Yer kürəsinin qütblərinə ilk kosmik uçuş uğurla yekunlaşıb

Yer kürəsinin qütblərinə ilk kosmik uçuş uğurla yekunlaşıb
ABŞ-ın aerokosmik şirkəti SpaceX və NASA Fram2 adlı özəl missiyanı uğurla başa çatdırıblar. Bu missiya çərçivəsində dörd nəfərlik ekipajla Crew Dragon kosmik gəmisi tarixdə ilk dəfə olaraq qütb orbitinə çıxıb.
SpaceX-in Crew Dragon kosmik gəmisi mülki ekipajla birlikdə ilk dəfə qütblərə doğru uçuşa yollandı (VİDEO)

SpaceX-in Crew Dragon kosmik gəmisi mülki ekipajla birlikdə ilk dəfə qütblərə doğru uçuşa yollandı (VİDEO)
SpaceX şirkəti Fram2 adlı özəl pilotlu missiyanın həyata keçirilməsinə başlayıb. Bu missiya çərçivəsində Crew Dragon kosmik gəmisi ilk dəfə olaraq tamamilə mülki ekipajla Yer kürəsini qütblər ətrafında dövrə vuraraq qütb orbitinə çıxacaq.
Beynəlxalq Kosmik Stansiyada təsadüfən qalmış iki astronavt uğurla Yerə qayıdıb

Beynəlxalq Kosmik Stansiyada təsadüfən qalmış iki astronavt uğurla Yerə qayıdıb
Sunita Williams və Butch Wilmore, Beynəlxalq Kosmik Stansiyada (BKS) 9 ay müddətində qaldıqdan sonra uğurlu şəkildə Yerə qayıdıblar.
Həftənin xəbərləri

