
Starship insanları Aya çatdırmış Saturn V-dən 3 dəfə güclü olacaq
Elm & Texnologiya
29.07.2025
Emil Nəcəfov
Elon Musk bildirib ki, SpaceX şirkəti Starship layihəsi üzrə iki əsas məqsədə - raketin yuxarı pilləsinin geri qaytarılması və orbitdə yanacaq doldurma sisteminin qurulması - ən tez gələn il nail olmağı planlaşdırır. Şirkət hələlik bu məqsədlərdən heç biri üzrə nəzərəçarpacaq irəliləyiş əldə etməyib. Şirkət bu il keçirilən sınaqlar zamanı bir sıra uğursuzluqlarla qarşılaşıb. Buna baxmayaraq, Musk nikbinliyini qoruyur və bildirir ki, gələcəkdə Starship raketi NASA-nın insanları Ay səthinə göndərmək üçün istifadə etmiş olduğu Saturn V raketindən 2 dəfə böyük və 3 dəfə güclü olacaq. Starship insanlıq tarixində yaradılmış ən güclü raketdir. Musk-ın sözlərinə görə, artıq bu raketin itələmə gücü əvvəlki rekord sahibi Saturn V-dən təxminən 2.5 dəfə çoxdur və gələcək versiyalarda bu göstərici 3 dəfə yüksək olacaq. Xatırladaq ki, Saturn V NASA-nın “Apollo” missiyası çərçivəsində Ay səfərləri üçün istifadə olunmuşdu.

Starship isə tamamilə çoxistifadəli raket kimi hazırlanır ki, bu da layihəni ən çətin mühəndislik sınaqlarından birinə çevirir. Musk qeyd edib ki, layihənin əvvəlində çox az adam Starship-i ciddi qəbul edirdi: “Biz Starship-dən ilk dəfə danışanda insanlar bunun mümkünsüz olduğunu düşünürdü” - deyə Musk bildirib. Buna baxmayaraq, SpaceX artıq 9 sınaq buraxılışı həyata keçirib və 10-cu sınağa hazırlaşır. Musk-ın etirafına görə, Starship layihəsində ən ciddi problemlərdən biri hələ də birdəfəlik istilik qoruyucu örtükdür. Bu örtük atmosferə təkrar girişə dözməli, yəni Starship-in çoxistifadəli olmasına imkan yaratmalıdır. Yuxarı mərhələdə SpaceX-in öz istehsalı olan minlərlə istilik izolyasiya plitəsi istifadə olunur və onların etibarlılığı raketin uğurla geri qayıtması üçün həyati əhəmiyyət daşıyır. Növbəti mərhələdə Ship adlı yuxarı pillənin enişi və onun buraxılış qülləsindəki nəhəng metal manipulyatorlarla tutulması planlaşdırılır.

Musk-ın sözlərinə görə, bu tapşırıq 2026-cı ilin birinci yarısında reallaşa bilər. Bundan sonra şirkət həm kosmik gəmini, həm də Super Heavy sürətləndirici raketi təkcə çoxistifadəli deyil, həm də tez bir zamanda təkrar istifadəyə hazır hala gətirmək üçün təkmilləşdirmələr həyata keçirməyi planlaşdırır. Eyni zamanda, şirkət orbitdə yanacaq doldurma sistemini inkişaf etdirməyə çalışır. İlk mərhələdə 2 Starship raketi birləşərək bir-birinə yanacaq ötürəcək. Gələcəkdə isə SpaceX orbitdə yanacaq deposu yaratmağı planlaşdırır. Bu, uçuş məsafəsini artırmağa və xərcləri azaltmağa imkan verəcək. SpaceX-in məqsədi 100 tonluq faydalı yüklərin orbitə çatdırılmasını Falcon 1 raketinin buraxılışından - hansı ki, cəmi yarım ton daşıya bilirdi - daha ucuz etməkdir. Bu isə kosmik uçuşların iqtisadiyyatını köklü şəkildə dəyişə və planetlərarası missiyaların reallaşmasını daha da yaxınlaşdıra bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin Starlink-in analoqunu yaratmağa çalışır

Çin Starlink-in analoqunu yaratmağa çalışır
Yerin aşağı orbitində (1900 km-ə qədər yüksəklikdə) yerləşən peyklər rabitə, naviqasiya və kəşfiyyat məqsədləri üçün olduqca vacibdir. Starlink-ə rəqib olmaq istəyən Çin şirkətləri iki böyük peyk şəbəkəsinə böyük vəsait yatıraraq təxminən 27 000 peyk buraxmağı planlaşdırıblar.
Türkiyə şirkəti yük konteynerini raket buraxılışı sisteminə çevirib

Türkiyə şirkəti yük konteynerini raket buraxılışı sisteminə çevirib
Son zamanlar raket qurğularını yük konteynerləri formasında maskalamaq geniş yayılıb. Daha əvvəl belə bir konstruksiya ABŞ-da müşahidə olunmuşdu, indi isə Türkiyə öz versiyasını təqdim edib.
Danimarkadan olan tələbələr həm üzən həm də uçan dron hazırlayıblar (VİDEO)

Danimarkadan olan tələbələr həm üzən həm də uçan dron hazırlayıblar (VİDEO)
Olborq Universitetinin bir qrup tələbəsi, bir uçuş dövrü ərzində həm havada uça, həm suya dalaraq su altında hərəkət edə, sonra isə yenidən havaya qalxa bilən hibrid pilotsuz uçan aparat (PUA) hazırlayıb.
Unitree şirkəti 6000$-dan ucuz qiymətə olan insanabənzər robotunu satışa çıxarıb (VİDEO)

Unitree şirkəti 6000$-dan ucuz qiymətə olan insanabənzər robotunu satışa çıxarıb (VİDEO)
Çin şirkəti Unitree Robotics dünyanın ilk insanabənzər robotlarından biri olan R1 modelinin satışına başladığını elan edib. Bu modelin ilkin satış qiyməti 39.900 yuandan (təxminən 5900$) başlayır ki, bu da digər ölkələrdən olan rəqiblərlə müqayisədə xeyli ucuzdur.
Türkiyə şirkəti dördayaqlı hərbi robotu təqdim edib

Türkiyə şirkəti dördayaqlı hərbi robotu təqdim edib
Türkiyənin müdafiə sənayesi şirkəti Roketsan çoxfunksiyalı dördayaqlı robot kompleksi olan KOZ-un hazırlanmasını elan edib. KOZ-un əsas təyinatı çətin keçilən və təhlükəli ərazilərdə kəşfiyyat aparmaq və döyüş bölmələrinə dəstək vermək üçün nəzərdə tutulmuş avtonom platformadır.
Həftənin xəbərləri

