
Süni intellekt yarışı çip istehsalı təchizatlarına xərcləri artırıb
Elm & Texnologiya
25.09.2025
Emil Nəcəfov
Sənaye assosiasiyaları SEMI və SEAJ-in statistikasına görə, keçən rübdə yarımkeçirici komponent istehsalçılarının texnoloji avadanlıq alınmasına xərcləri illik müqayisədə 23% artaraq 33.07 milyard dollara çatıb. Çin lider statusunu qorusa da, sanksiyalar səbəbindən bu sahədə xərcləri azalıb. SemiWiki-nin izahına görə, Çin çip istehsalçılarının xərcləri illik müqayisədə 7% azalaraq 11.36 milyard dollara düşüb, lakin bu rəqəm onlara bazar payında 34%-i saxlamağa imkan verib. İkinci yerdə isə dünyanın ən böyük müqaviləli istehsalçısı TSMC-nin əsas müəssisələrinin yerləşdiyi Tayvan qərarlaşıb. Adanın payına yalnız 8.77 milyard dollarlıq sahə üzrə xərclər düşməyib, həm də illik müqayisədə 125%-lik təsirli artım qeydə alınıb. TSMC-nin təsirini inkar etmək çətindir, çünki bu ilin birinci yarısında şirkətin kapital xərcləri illik müqayisədə 62% artıb. Cənubi Koreya - dünyanın iki ən böyük yaddaş mikrosxemi istehsalçısı olan Samsung və SK Hynix-in vətəni - 5.91 milyard dollarlıq xərclə və 31%-lik artımla üçüncü yeri tutub.

ABŞ-ın milli yarımkeçirici sənayesini dirçəltmək səyləri ötən il Şimali Amerikanı çip istehsalı üçün avadanlıq alınmasına xərclərin artım tempi baxımından birinci yerə çıxarıb - region 2024-cü ilin birinci və sonuncu rübünü müqayisədə xərclərdə 163%-lik artım göstərərək 4.98 milyard dollara çatıb. Lakin artıq cari ilin birinci rübündə ABŞ xərcləri ardıcıl olaraq 41% azalaraq 2.93 milyard dollara düşüb, ikinci rübün yekunlarına görə isə 2.76 milyard dollara enib. Beləliklə, Şimali Amerika ötən rübün nəticələrinə görə dördüncü yeri tutsa da, xərclərin pik həddə çatdığı ötən ilin dördüncü rübünə nisbətdə ciddi eniş yaşayıb. Görünür, statistikaya ABŞ-da çip istehsalı müəssisələrinin tikintisində yaranmış gecikmələr təsir edib. Bu gecikmələr Intel, Micron və Samsung şirkətlərində müşahidə olunub.

Belə şəraitdə Şimali Amerikanı demək olar ki, Yaponiya yaxalayıb - o, ötən rübdə avadanlıq alınmasına 2.68 milyard dollar xərcləyib və illik müqayisədə 66% artım göstərib. Avropa isə 0.72 milyard dollarlıq xərclə kifayətlənib və bu göstərici 23% azalıb. Nəticədə Avropa bütün digər makroregionlara uduzaraq sonuncu - yeddinci yerdə qərarlaşıb. Dünyanın qalan hissəsində xərclər 28% azalaraq 0.87 milyard dollara düşsə də, Avropanın göstəricilərindən yüksək olub. SemiWiki-nin gözləntilərinə görə, cari ilin yekununda yarımkeçirici komponent istehsalçılarının kapital xərcləri ötən illə müqayisədə 3% artaraq 160 milyard dollara çatacaq. Gələn ilə dair proqnoz hazırlamaq çətindir, çünki bir çox istehsalçılar süni intellekt bumunun məhsullarına tələbi artırması səbəbindən kapital xərclərini artırmağı planlaşdırır. Lakin Intel bu il 18 milyard dollara çatan xərcləri ilə müqayisədə onları azaltmağa məcbur olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çinlilər tərəfindən hazırlanmış robot inanılmaz realistik üz mimikaları sərgiləyir (VİDEO)

Çinlilər tərəfindən hazırlanmış robot inanılmaz realistik üz mimikaları sərgiləyir (VİDEO)
Çin startapı AheadForm demək olar ki, insan kimi göz qırpa və baxışlarını idarə edə bilən robotlaşdırılmış baş yaradıb. Realist mimikanın sirri - yüksək azadlıq dərəcəsinə malik bionik ötürücü ilə avtonom süni intellektin birləşməsidir.
ABŞ-da irimiqyaslı "Stargate" süni intellekt layihəsi üçün 5 böyük data mərkəzi inşa ediləcək

ABŞ-da irimiqyaslı "Stargate" süni intellekt layihəsi üçün 5 böyük data mərkəzi inşa ediləcək
Donald Trump-ın ikinci prezidentlik müddətinin əvvəlində elan olundu ki, investorlar konsorsiumu yaxın bir neçə il ərzində ABŞ-da ümumi dəyəri 500 milyard dollar olan data mərkəzlərinin qurulmasında OpenAI-a kömək edəcək.
MediaTek Dimensity 9500 flaqman prosessoru təqdim edilib

MediaTek Dimensity 9500 flaqman prosessoru təqdim edilib
MediaTek şirkəti öz yeni flaqman prosessorunu təqdim edib. Söhbət, Dimensity 9500-dən gedir. MediaTek-in bu yeni prosessoru TSMC şirkətinin N3P adlı yenilənmiş 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb.
Neuralink gələn ay insan fikirlərini mətnə çevirə bilən beyin implantının testlərinə başlamaq istəyir

Neuralink gələn ay insan fikirlərini mətnə çevirə bilən beyin implantının testlərinə başlamaq istəyir
Bəzi xəstəliklər insanı nitq aparatının əzələlərinə nəzarətdən məhrum edir və nəticədə o, ətrafdakılarla tam ünsiyyət qurmaq imkanını itirir. Neuralink şirkəti gələn ay insana sözün əsl mənasında fikirləri vasitəsilə elektron cihazlarda “mətn yığmağa” imkan verəcək beyin implantının klinik sınaqlarına başlamağı planlaşdırır.
ABŞ-ın “Qızıl Günbəz” adlı raket əleyhinə müdafiə sistemi layihəsinin işlənməsi başa çatıb

ABŞ-ın “Qızıl Günbəz” adlı raket əleyhinə müdafiə sistemi layihəsinin işlənməsi başa çatıb
ABŞ Kosmik Qüvvələri “Qızıl Günbəz” adlı raket əleyhinə müdafiə sistemi layihəsinin işlənməsini başa çatdırıb. Hərçənd Pentaqon onun miqyası və qiyməti barədə heç bir detal açıqlamasa da, layihənin dəyərinin çox böyük olacağı və ilk nüvə bombasının hazırlanmasına çəkilən xərcləri əhəmiyyətli dərəcədə üstələyəcəyi ehtimal olunur.
Həftənin xəbərləri

