
Yapon alimlər süni qanın yaradılmasına çox yaxınlaşıblar
Elm & Texnologiya
03.06.2025
Emil Nəcəfov
Donor qanına daim artan tələbat şəraitində, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə, süni qan əvəzedicilərinin hazırlanması müasir tibbin ən aktual vəzifələrindən biridir. Nara Tibb Universitetindən (Yaponiya) Hiromi Sakai rəhbərliyindəki tədqiqat qrupu bu sahədə mühüm irəliləyiş əldə edib. Onların hazırladıqları süni qan - istənilən qan qrupu olan pasientlər üçün uyğun olan universal preparat - transfuziologiya sahəsində əsl inqilab vəd edir. Süni qan hemoqlobindən hazırlanır. Bu, donor qanının istifadə müddəti keçmiş nümunələrindən əldə edilən, eritrositlərdə oksigenin daşınmasına cavabdeh olan zülaldır.

Hemoqlobin xüsusi qoruyucu kapsulaya yerləşdirilir ki, bu da süni eritrositləri stabil saxlayır və viruslardan azad edir. Süni qan hüceyrələrinin qan qrupuna malik olmaması onların uyğunluq testi olmadan köçürülməsinə imkan verir, bu isə qan köçürmə prosedurunu xeyli sadələşdirir və sürətləndirir. Daha bir mühüm üstünlük isə saxlanma müddətidir. Süni qan otaq temperaturunda 2 ilə qədər, soyuducuda isə 5 ilə qədər saxlanıla bilər. Müqayisə üçün qeyd edək ki, donor qanı soyuducuda cəmi 42 gün saxlanıla bilir. İlk klinik sınaqlar hələ 2022-ci ildə başlamışdı. Kiçikmiqyaslı tədqiqatlarda 20-50 yaş arası sağlam kişi könüllülər iştirak edib.
Onlara intravenoz şəkildə artan dozalarla - 100 millilitrə qədər - süni oksigen daşıyıcıları (hemoqlobin vezikulları) yeridilib. Bəzi iştirakçılarda yüngül yan təsirlər müşahidə olunsa da, arterial təzyiq də daxil olmaqla həyati əhəmiyyətli göstəricilərdə ciddi dəyişiklik qeydə alınmayıb. 2023-cü ilin martında tədqiqat genişləndirilib. Könüllülərə artıq 100-dən 400 millilitrə qədər süni qan hüceyrələri məhlulu vurulmağa başlanıb. Professor Sakai-nin sözlərinə görə, 2023-cü ilin iyulunda komanda tədqiqatların tempini artırıb. Əgər növbəti sınaqlar ciddi yan təsirlərin olmadığını təsdiqləsə, araşdırmalar yeni metodun effektivliyi və təhlükəsizliyinin qiymətləndirilməsinə keçəcək. Süni eritrositlər təxminən 2030-cu ildə praktiki tibbdə tətbiq oluna bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA-nın yeni modeli hansı planetlərdə həyatın mümkün olduğunu anlamağa yardımçı olacaq

NASA-nın yeni modeli hansı planetlərdə həyatın mümkün olduğunu anlamağa yardımçı olacaq
NASA-nın “Alien Earths” layihəsi çərçivəsində çalışan alimlər qrupu Yer kürəsindən kənar həyatın axtarışı məsələsinə yeni yanaşma hazırlayıb. Bu yanaşma “kəmiyyətə əsaslanan yaşayış modeli” adlanır və mövcud məlumatlar əsasında müəyyən bir mühitdə həyatın mövcud olma ehtimalını qiymətləndirməyə imkan verir.
Kənar ulduzlar istənilən an Günəş sistemini məhv edə bilərlər

Kənar ulduzlar istənilən an Günəş sistemini məhv edə bilərlər
Bir çox araşdırmalar göstərir ki, Günəş sistemindəki planetlərin orbitləri təxminən 4.5-5 milyard il ərzində sabit qalacaq, ta ki Günəş qırmızı nəhəngə çevrilməyə başlayana qədər. Həmin vaxt ulduzumuzun ölçüləri böyüyəcək və bu, Günəşə ən yaxın planetlər - Venera və Merkuri - üçün udulma ilə nəticələnə bilər.
Qlobal temperaturun stabil qalacağı halda belə buzlaqların 40%-i məhv olacaq

Qlobal temperaturun stabil qalacağı halda belə buzlaqların 40%-i məhv olacaq
Alimlərin fikrincə, əgər qlobal temperatur artımı dayansa və mövcud səviyyədə sabitləşsə belə, Yer kürəsi yenə də buzlaqlarının 40%-ni itirəcək. Bu o deməkdir ki, parnik qazlarının emissiyası səbəbilə artıq baş vermiş iqlim dəyişiklikləri bir çox buzlaqların qaçılmaz şəkildə məhv olmasına gətirib çıxarıb.
Zamanda səyahət paradokslarsız mümkün ola bilər

Zamanda səyahət paradokslarsız mümkün ola bilər
Zamanda səyahət elmi fantastika kitabları və filmlərdə tez-tez işlənən süjetlərdən biridir. Təbii ki, bir çox insan keçmişə qayıdıb həyatındakı bəzi hadisələri dəyişmək və ya önəmli anları yenidən yaşamaq istərdi. Bir tərəfdən, zaman səyahətinin mümkün olmadığı düşünülür, lakin bəzi fiziklər bunun əksini iddia edirlər.
Alimlər Enselada yerli mikroorqanizmləri göndərməyi təklif edirlər

Alimlər Enselada yerli mikroorqanizmləri göndərməyi təklif edirlər
Tədqiqatçılar qeyri-adi bir təcrübə təklif edirlər. Söhbət, mikroorqanizmlərin Saturna məxsus peyk olan Enselada göndərilməsindən gedir. Eyni zamanda isə alimlər bunun nəyə görə edilməməli olduğunu da izah ediblər.
Həftənin xəbərləri

