
Yaponiya insanabənzər axtarış-xilasetmə robotlarını hazırlayacaq
Elm & Texnologiya
21.07.2025
Emil Nəcəfov
Yaponiyanın elektronika istehsalçısı Murata Manufacturing Co. və Vaseda Universiteti bir neçə yerli şirkətlə birlikdə insanabənzər axtarış-xilasetmə robotlarının hazırlanması üzərində işləyirlər. Bu fəaliyyət, əvvəllər dünya lideri olmuş Yaponiyanın robot texnologiyaları sektorunun yenidən canlandırılmasına yönəlmiş daha geniş proqramın bir hissəsidir. Kiotoda yerləşən robot istehsalçısı Tmsuk Co. və Tokiodan olan Sre Holdings Corp. daxil olmaqla 4 şirkət yalnız yerli Yapon komponentlərindən istifadə etməklə robot yaratmaq niyyətində olduqlarını bildiriblər.

Hazırda onların məqsədi 3 metr hündürlüyündə və 300 kq çəkidə insanabənzər robot hazırlamaqdır. Bu robot saatda təxminən 5 km sürətlə hərəkət edə biləcək və 100 kq-dan artıq yük qaldıra biləcək. İstehsalçılar əmindirlər ki, belə xilasetmə robotları Yaponiyaya çox lazımdır, çünki ölkə təbii fəlakətlərə ciddi şəkildə məruz qalır. “Biz insandan qat-qat güclü və dağıntıları hərəkət etdirə bilən robot yaratmaq istəyirik” - deyə Tmsuk şirkətinin rəhbəri Yoichi Takamoto bildirib.
Keçmişdə Yaponiya insanabənzər robotların yaradılması sahəsində dünya lideri olub. Vaseda Universiteti hələ 1973-cü ildə dünyanın ilk tamölçülü ikiayaqlı robotu WABOT-1-i hazırlamışdı. İndi isə tərtibatçılar geridə qalanları bərpa etmək və ABŞ və Çin istehsalçıları ilə fərqi azaltmaq üçün tam funksional xilasetmə robotu yaratmağa çalışırlar. Robotun prototipinin 2026-cı ildə təqdim olunması, onun kütləvi istehsalına isə 2029-cu ildə başlanılması planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Mercedes-Benz dünyanın ən güclü 13 kq-lıq elektrikli mühərrikini yaradıb

Mercedes-Benz dünyanın ən güclü 13 kq-lıq elektrikli mühərrikini yaradıb
Mercedes-Benz şirkətinin YASA bölməsi dünyanın ən güclü elektrik mühərrikini yaradıb. Bu mühərrik kompakt ölçüləri, yüksək gücü və rekord səviyyədə fırlanma anını özündə birləşdirir ki, bu da elektrik nəqliyyatı sahəsində - və təkcə quru nəqliyyatında yox - imkanların sərhədlərini demək olar ki, aradan qaldıracaq.
Çinlilərin yeni texnologiyası Ay torpağından oksigen və yanacaq əldə edir

Çinlilərin yeni texnologiyası Ay torpağından oksigen və yanacaq əldə edir
Çinli alimlər Ay torpağından su çıxarıb onu oksigen və yanacağa çevirən bir texnologiya yaradıblar. Bu, yerli resurslardan istifadə sayəsində Ay bazalarının qurulmasını asanlaşdıra bilər.
Samsung yeni S Pen stilus texnologiyası üzərində çalışır

Samsung yeni S Pen stilus texnologiyası üzərində çalışır
Yeni Galaxy Z Fold 7 Samsung-un indiyədək təqdim etdiyi ən incə və ən yüngül qatlana bilən smartfon olub. Lakin şirkət bu nəticəyə, o cümlədən S Pen stilusunun dəstəyindən imtina etməklə nail olub.
Çin istehsalı robotlar bazarı ələ keçirirlər

Çin istehsalı robotlar bazarı ələ keçirirlər
İnsanabənzər robotlar hazırlayan çoxsaylı Çin startapları dünya miqyasında insanların diqqətini cəlb etməyi bacarıb və satışlarını sürətlə artırırlar. Məsələn, Unitree şirkəti ötən yarım ildə insanabənzər robotların tədarük həcmini əhəmiyyətli dərəcədə artırıb, baxmayaraq ki, dəqiq rəqəmlər açıqlanmır.
Bütün dünya günəş və külək energetikasında Çindən geridə qalır

Bütün dünya günəş və külək energetikasında Çindən geridə qalır
Çin dünyada ən çox təbii yanacaq yandıran və atmosferi ən çox çirkləndirən ölkə olsa da, eyni zamanda günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi sahəsində böyük fərqlə liderdir.
Həftənin xəbərləri

