
Yaşam üçün potensial dünyalar təkcə Günəş sistemindən kənarda yerləşmirlər
Elm & Texnologiya
27.05.2025
Emil Nəcəfov
Günəş sistemindən kənarda yerləşən planetlər ekzoplanet adlanır və astronomlar artıq 6000-ə yaxın belə dünya kəşf ediblər. Bu ekzoplanetlərin bir çoxu öz ulduzlarının həyat üçün əlverişli zonasında yerləşir, yəni potensial olaraq yaşamağa yararlıdırlar. Lakin problem ondadır ki, ekzoplanetlərin əksəriyyəti Günəş sistemindəki Yupiter, Saturn, Uran və Neptun kimi qaz və ya buz nəhəngləridir. Buna baxmayaraq, bu planetlərin həyat üçün yararlı ola biləcək ekzoyoldaşları - yəni peykləri ola bilər. Günəş sistemindəki nəhəng planetlərdə həyat mövcud ola bilməz, lakin Yupiter və Saturnun bəzi peykləri potensial yaşana bilən dünyalar hesab olunur. Bu isə o deməkdir ki, ekzoyoldaşlar da həyat üçün yararlı ola bilərlər.
Yupiterin peyki Avropa:

Problem ondadır ki, hələlik Günəş sistemindən kənarda yerləşən heç bir planetin peyki aşkar edilməyib, sadəcə onların mövcudluğuna dair müəyyən ehtimallar və işarələr var. Araşdırmanın müəllifləri ekzoyoldaşların necə formalaşa biləcəyini və onların həyat üçün yararlılığını öyrəniblər. Alimlər ekzoplanetin formalaşmasından sonra qalan materialın hansı hissəsinin ekzoyoldaşa çevrilə biləcəyini müəyyənləşdirmək üçün modelləşdirmə aparıblar. Planetlərdə həyat üçün yararlı zona ulduzdan gələn radiasiyadan asılıdır. Kifayət qədər enerji olduqda və uyğun atmosfer şəraiti ilə birlikdə digər amillər də nəzərə alındıqda, planetin səthində maye su mövcud ola bilər. Lakin Günəş sistemində bəzi peyklərin səthinin altında maye suyun olduğu güman edilir. Aparılmış modelləşdirmə ekzoyoldaşların formalaşmasının 4 fərqli prosesini göstərib və yalnız bir halda onlar planet və ulduzla qarşılıqlı təsirdən sonra sağ qala bilirlər.
Saturnun peyki Enselad:

Modelləşdirmə göstərib ki, ekzoyoldaşlar yalnız nəhəng planetlərin ətrafında formalaşıb orada qala bilərlər. Bununla yanaşı, həmin planet ulduzundan nə çox uzaqda, nə də çox yaxın olmamalıdır - təxminən 300 milyon kilometr məsafədə, yəni Yer ilə Günəş arasındakı məsafənin 2 qatı qədər. Modelləşdirmə həmçinin göstərib ki, 2 astronomik vahid məsafəsindən kənarda həyat üçün yararlı ekzoyoldaşların sayı kəskin şəkildə azalır, çünki həyat üçün əlverişli zona daralır. Alimlər onu da müəyyən ediblər ki, ulduzdan məsafə artdıqca ekzoyoldaşların sayı artır, lakin onların kütləsi çox az olduğu səbəbilə həyat üçün yararlı olmurlar. Modelləşdirməyə əsasən, kütləsi Mars ilə Yer arasında olan ekzoyoldaşlar yalnız Yupiterdən təxminən 10 dəfə böyük kütləyə malik planetlərin ətrafında formalaşa bilər və bu cür dünyaların bir çoxu potensial olaraq yaşamaq üçün əlverişli ola bilər.
Mənbə: Universe Today
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər ilk dəfə maye karbon əldə edə biliblər

Alimlər ilk dəfə maye karbon əldə edə biliblər
Alimlər ilk dəfə güclü lazer vasitəsilə maye halında karbon əldə edib və laboratoriya şəraitində onun strukturunu öyrəniblər. Əvvəllər bu prosesin mümkün olmadığı düşünülürdü.
Venera ətrafında Yer üçün təhlükəli asteroidlər mövcuddur

Venera ətrafında Yer üçün təhlükəli asteroidlər mövcuddur
Alimlər müəyyən ediblər ki, Günəş ətrafında Venera ilə eyni orbitdə fırlanan və Yer üçün potensial təhlükə yaradan asteroidlər mövcuddur.
İnsan dişlərinin uzaq keçmişdəki balıqlar sayəsində təkamül etdikləri təyin edilib

İnsan dişlərinin uzaq keçmişdəki balıqlar sayəsində təkamül etdikləri təyin edilib
İnsan dişlərinin həssaslığı qədim balıqların ekzoskeletini örtən sensor orqanların irsi mirası ola bilər. Alimlər müəyyən ediblər ki, diş emalının altındakı toxuma olan dentin əvvəllər toxunma funksiyasını yerinə yetirib və onurğalılarda ən azı 460 milyon il əvvəl meydana çıxıb.
K2-18b ekzoplanetində potensial həyatın mövcudluğu şübhə doğurur

K2-18b ekzoplanetində potensial həyatın mövcudluğu şübhə doğurur
Çikaqo Universitetindən olan tədqiqatçılar qrupu K2-18b ekzoplanetində həyat əlamətlərinin aşkarlandığına dair sensasiyalı iddiaları şübhə altına alıblar. Daha əvvəl Kembric Universitetinin alimləri bildirmişdilər ki, James Webb kosmik teleskopu bu planetin atmosferində dimetilsulfid (DMS) izləri qeydə alıb.
Marsın ox meylinin dəyişməsi planetdə böyük miqdarda su itkisinə səbəb olub

Marsın ox meylinin dəyişməsi planetdə böyük miqdarda su itkisinə səbəb olub
İspaniya və Fransa alimləri Marsın qədim ox meyli dəyişiklikləri (obliquasiyası) ilə su itkisi arasındakı korrelyasiyanı müəyyən ediblər.
Həftənin xəbərləri

