
Çinli hakerlər ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə daxil olublar
Təhlükəsizlik
23.07.2025
Emil Nəcəfov
Microsoft SharePoint platformasında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı səs-küylü hadisə yeni detallar ilə genişlənməkdə davam edir. Daha əvvəl məlumat verilmişdi ki, çinli hakerlər dünyanın müxtəlif ölkələrində 100-dən artıq serveri sındırıblar. İndi isə məlum olub ki, hücumun qurbanları arasında ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi, ABŞ Təhsil Nazirliyi, vergi və digər dövlət qurumları, eləcə də universitetlər və şirkətlər yer alır. Bloomberg-in məlumatına görə, Microsoft artıq öz bloqunda təsdiqləyib ki, Çin hökuməti ilə əlaqəli olan iki haker qruplaşması - Linen Typhoon və Violet Typhoon - bu məşhur ofis proqram paketinin boşluqlarından istifadə edirlər.

Eyni zamanda, Çin hakimiyyəti ilə əlaqələndirilən Storm-2603 haker qruplaşmasının da bu hücumlarda iştirak etdiyi bildirilir. “Bu, yüksək səviyyədə ciddi və təcili təhlükədir” - deyə Microsoft-un texniki direktoru Michael Sikorski bildirib. Onun sözlərinə görə, SharePoint-in digər Microsoft məhsulları, məsələn, Outlook və Teams ilə dərin inteqrasiyası xüsusi təhlükə yaradır. Hətta bütün son yeniləmələrin quraşdırılması belə hazırda problemi həll etmir, çünki hakerlərin sındırılmış sistemlərə müxtəlif modifikasiya olunmuş komponentlər və gizli girişlər (backdoor) vasitəsilə hələ də çıxışı qalır. Microsoft hazırda yalnız hadisələrin araşdırıldığını bildirir. Sözügedən hücumların təxminən 7 iyul tarixindən etibarən başladığı qeyd olunur.

ABŞ-dakı hədəflərlə yanaşı, İspaniya, Braziliya, Kanada, İsveçrə, İndoneziya və daha bir sıra ölkələrin dövlət qurumları da bu hücumlardan zərər çəkib. Microsoft son bir neçə gün ərzində proqram təminatı üçün bir neçə yeniləmə yayımlasa da, kibertəhlükəsizlik mütəxəssisləri hücumların davam etdiyini bildirirlər. İndiyədək sındırılmış serverlərin sayı 100-ü, hücuma məruz qalmış təşkilatların sayı isə 60-ı keçib. Onların arasında ABŞ-ın Nüvə Təhlükəsizliyi üzrə Milli İdarəsi də var. Bu qurum nüvə silahlarının istehsalı və utilizasiyası ilə məşğuldur. Rəsmi Pekin artıq bu hücumlarla əlaqəsinin olmadığını bəyan edərək bildirib ki, Çin hər cür kibertəhlükəyə qarşı qətiyyətlə çıxış edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft Google DeepMind-ın 20-dən çox süni intellekt mütəxəssisini özünə cəlb edib

Microsoft Google DeepMind-ın 20-dən çox süni intellekt mütəxəssisini özünə cəlb edib
Son aylar ərzində Microsoft şirkəti süni intellekt sahəsində fəaliyyət göstərən Google DeepMind tədqiqat bölməsindən 20-dən çox əməkdaşı özünə cəlb edib.
Microsoft məlumatların bir kompüterdən digərinə sürətli köçürülməsi tətbiqini hazırlayıb

Microsoft məlumatların bir kompüterdən digərinə sürətli köçürülməsi tətbiqini hazırlayıb
Daha əvvəl Microsoft-un Windows 11 və Windows 10 üçün “PC-to-PC” adlı yeni miqrasiya funksiyasını sınaqdan keçirdiyi barədə məlumatlar yayılmışdı. İndi isə şirkət həmin yeni alətlə bağlı ətraflı məlumat yayıb.
Əfsanəvi Windows XP veb brauzerə köçürülüb

Əfsanəvi Windows XP veb brauzerə köçürülüb
2001-ci ildə Microsoft Windows XP əməliyyat sistemini təqdim etdi və bu sistem geniş uyğunluğu, rahat interfeysi və təkmilləşdirilmiş məhsuldarlığı sayəsində tez zamanda istifadəçilərin favoritinə çevrildi.
Hakerlər bütün dünya üzrə minlərlə serveri sındıra biliblər

Hakerlər bütün dünya üzrə minlərlə serveri sındıra biliblər
Microsoft aktiv şəkildə həyata keçirilən haker hücumları barədə xəbərdarlıq yayıb və vəziyyəti aradan qaldırmaq üçün təhlükəsizlik yeniləməsi təqdim edib. Söhbət SharePoint proqram təminatında aşkarlanmış zero-day boşluğundan gedir ki, bu da dünyanın müxtəlif yerlərində 10 minlərlə serveri risk altına salır.
Microsoft Copilot ChatGPT-dən olduqca geridə qalır

Microsoft Copilot ChatGPT-dən olduqca geridə qalır
Son illər Microsoft-un süni zəka və əlaqəli infrastrukturun inkişafına əhəmiyyətli vəsait ayırmasına baxmayaraq, şirkətin süni zəka köməkçisi olan Copilot OpenAI tərəfdaşı tərəfindən hazırlanmış ChatGPT və digər süni zəka köməkçiləri ilə rəqabətdə çətinlik çəkir.
Həftənin xəbərləri

