
Gamerlərin məlumatlarını və kriptovalyutanı oğurlayan Webrat adlı proqram təminatı aşkar edilib
Təhlükəsizlik
27.05.2025
Emil Nəcəfov
Solar şirkətlər qrupuna daxil olan Solar 4RAYS kibertəhlükə mərkəzinin mütəxəssisləri Webrat adlandırılan yeni zərərli proqram təminatını aşkar ediblər. Solar-ın mətbuat xidmətinin məlumatına görə, bu zərərli proqram təminatı gamerlərin məlumatlarını oğurlamaq məqsədilə istifadə olunur və oyunlara aid çit-kodlar adı altında yayılır. Məlumatda qeyd olunur ki, Webrat qurbanı masaüstü ekranı və ya veb kamera vasitəsilə izləyir, Steam, Discord və Telegram hesablarının məlumatlarını, eləcə də brauzerlərdə və kriptovalyuta portmanatlarında saxlanılan informasiyanı oğurlayır.

Bundan əlavə, bu zərərli proqram təminatı istifadəçi interfeysi vasitəsilə qurbanın kompüterinə nəzarət edə bilir, bloklayıcı proqramlar və kriptovalyutaların əldə olunması üçün istifadə olunan mayner proqramlarını yükləyə bilər. Webrat zərərli proqram təminatı Counter-Strike, Rust və Roblox kimi oyunlar üçün çit-kodlar adı altında yayılır. Kibercinayətkarlar bu zərərli proqram təminatını başqa tətbiqlər kimi maskalayır və həmçinin YouTube şərhləri vasitəsilə də yayımlayırlar.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu zərərli proqram təminatının qurbanı yalnız gamerlər deyil, eyni zamanda pirat proqram təminatını yükləyən şirkət əməkdaşları da ola bilərlər. Webrat ilk dəfə 2025-ci ilin əvvəlində ortaya çıxıb və mütəxəssislər onu darknetdə apardıqları araşdırma zamanı aşkar ediblər. Hazırda bu zərərli proqram təminatı qapalı kanallar vasitəsilə satışa çıxarılıb. Webrat-ın qurbanına çevrilməmək üçün istifadəçilərə antivirus proqram təminatından istifadə etmək və tətbiqləri yalnız etibarlı mənbələrdən yükləmək tövsiyə olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş

Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş
Kibertəhlükəsizlik üzrə tədqiqatçı Jeremiah Fowler açıq şəkildə əlçatan olan bir məlumat bazası aşkarlayıb. Bu bazada Apple, Google, Facebook, Microsoft, Discord və digər xidmətlərə aid 184 milyondan çox istifadəçi adı və şifrə mövcuddur.
Zərərli Chrome əlavələri milyonlarla istifadəçinin məlumatlarını oğurlayıblar

Zərərli Chrome əlavələri milyonlarla istifadəçinin məlumatlarını oğurlayıblar
Chrome brauzeri üçün zərərli əlavələrin (extensions) yayılması ilə bağlı genişmiqyaslı kampaniya barədə məlumat ortaya çıxıb. DomainTools Intelligence (DTI)-nin məlumatına görə, naməlum haker qrupu 2024-cü ilin fevralından etibarən 100-dən çox saxta sayt və brauzer əlavəsi yaradıb.
İndiyənə kimi müşahidə edilmiş ən böyük DDoS hücumun qarşısı alınıb

İndiyənə kimi müşahidə edilmiş ən böyük DDoS hücumun qarşısı alınıb
Curator şirkəti (əvvəllər Qrator Labs) bu günə qədər müşahidə olunmuş ən böyük DDoS botnet hücumunu uğurla neytrallaşdırdığını bildirib.
Coinbase kriptovalyuta birjasının istifadəçilərinin məlumatları oğurlanıb

Coinbase kriptovalyuta birjasının istifadəçilərinin məlumatları oğurlanıb
ABŞ-ın kriptovalyuta birjası Coinbase ciddi problemlərlə üzləşib. Bu, platformanın bəzi müştərilərinə aid məlumatların sızdığı böyük miqyaslı kibertəhlükə barədə məlumatların üzə çıxmasından sonra baş verib.
Steam istifadəçilərinin məlumatlarının sızdırılması məlumatı rəsmi şəkildə təkzib edilib

Steam istifadəçilərinin məlumatlarının sızdırılması məlumatı rəsmi şəkildə təkzib edilib
Valve şirkəti özünə məxsus olan Steam platformasının 89 milyon istifadəçisinin hesabına aid məlumatların sızması ilə bağlı son xəbərləri rəsmi açıqlama ilə şərh edib. Xatırladaq ki, bu barədə xəbər dünən ortaya çıxdı.
Həftənin xəbərləri

