main-post-cover

    ASUS TUF Gaming 5 VG34WQML5A gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.06.2025
    Emil Nəcəfov
         ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS TUF Gaming 5 VG34WQML5A adlanır. Beləliklə bu yeni monitor 250 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro texnologiyasının dəstəyini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB-A girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 2 ədəd səsgücləndiricini əldə edib. ASUS TUF Gaming 5 VG34WQML5A artıq Çində satışa çıxıb və onun qiyməti 250$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Strix Ace XG248QSG gaming monitoru təqdim olunub
    asus-rog-strix-ace-xg248qsg-gaming-monitoru-teqdim-olunub
    ASUS ROG Strix XG27ACMS gaming monitoru təqdim edilib
    asus-rog-strix-xg27acms-gaming-monitoru-teqdim-edilib
    ASUS TUF Gaming A14 gaming noutbuku təqdim edilib
    asus-tuf-gaming-a14-gaming-noutbuku-teqdim-edilib
    ASUS XG248Q5G-P gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-xg248q5g-p-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Professionallar üçün ASUS ProArt Display PA27UCGE monitoru təqdim edilib - QİYMƏTİ
    professionallar-ucun-asus-proart-display-pa27ucge-monitoru-teqdim-edilib-qiymeti