main-post-cover

    Büdcəli Samsung Galaxy F07 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.10.2025
    Emil Nəcəfov
         Samsung öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy F07-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Galaxy F07 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.7 düym ölçülü PLS LCD ekranla təchiz olunub. Smartfonun gövdəsi IP54 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy F07 özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy F07 artıq Hindistanda satışa çıxıb və onun qiyməti 86$ təşkil edir. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Samsung Galaxy M07 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-samsung-galaxy-m07-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S26 Ultra-nın ilk keyfiyyətli render fotoları təqdim edilib
    samsung-galaxy-s26-ultra-nin-ilk-keyfiyyetli-render-fotolari-teqdim-edilib
    Huawei qatlana bilən smartfonlar bazarında dominant şirkətdir
    huawei-qatlana-bilen-smartfonlar-bazarinda-dominant-sirketdir
    Samsung Galaxy S26 Ultra-nın gövdəsinin bir hissəsinin fotosu təqdim edilib
    samsung-galaxy-s26-ultra-nin-govdesinin-bir-hissesinin-fotosu-teqdim-edilib
    Orta büdcəli Samsung Galaxy Tab A11 planşeti təqdim edilib - QİYMƏTİ
    orta-budceli-samsung-galaxy-tab-a11-planseti-teqdim-edilib-qiymeti