main-post-cover

    Kompakt ölçülü OnePlus 13s flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    05.06.2025
    Emil Nəcəfov
         OnePlus şirkəti qlobal bazarda OnePlus 13s adlı kompakt ölçülü smartfonunu təqdim edib. Bu, bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus 13T-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyasıdır. Beləliklə OnePlus 13s smartfonu 1 Hz-dən 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.32 düym ölçülü LTPO AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Üstəlik ekran OPPO Crystal Shield adlı qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonun gövdəsi IP65 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus 13s özündə 50 MP + 50 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 5850 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus 13s 12 iyun tarixində satışa çıxacaq və qiyməti 640$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Buds 4 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    oneplus-buds-4-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    OnePlus Pad 3 planşetinin təqdimatı anons edilib
    oneplus-pad-3-plansetinin-teqdimati-anons-edilib
    OnePlus Pad 2 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
    oneplus-pad-2-pro-flaqman-planseti-teqdim-edilib-qiymeti
    OnePlus 13s-in yaxın zamanda təqdimatı elan edilib
    oneplus-13s-in-yaxin-zamanda-teqdimati-elan-edilib
    Kompakt ölçülü OnePlus 13T təqdim olunub - QİYMƏTİ
    kompakt-olculu-oneplus-13t-teqdim-olunub-qiymeti