
Moto Watch Fit smart saatı təqdim olunub - QİYMƏTİ
Cihazlar+
25.04.2025
Emil Nəcəfov
Motorola şirkəti Moto Watch Fit adlı yeni smart saatını təqdim edib. Şirkətin bu yeni smart saatı 1.9 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə də əhatə olunub. Moto Watch Fit-in gövdəsi IP68 və 5 ATM standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Bu isə o deməkdir ki, smart saatı hovuzda üzən zaman rahatlıqla istifadə etmək olar. Smart saat ürətk döyüntüləri ritmini və qandakı oksigen miqdarını ölçə və GPS modulu hesabına smartfona qoşulmadan qaçış və ya velosiped yürüşü zamanı qət edilmiş yolu əks etdirə bilir. Moto Watch Fit özündə 100-dən çox idman rejimini dəstəkləyir. Motorola-nın bu yeni smart saatının əsas üstünlüklərindən biri də odur ki, o, bir dəfə şarj olunandan sonra 16 gün ərzində çalışa bilir. Moto Watch Fit artıq satışa çıxıb və onun qiyməti 104 avro təşkil edir.

Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən qapaqlı Motorola Razr 60 və Razr 60 Ultra təqdim olunub - QİYMƏTİ

Qatlana bilən qapaqlı Motorola Razr 60 və Razr 60 Ultra təqdim olunub - QİYMƏTİ
Motorola şirkəti Edge 60 və Edge 60 Pro smartfonları ilə yanaşı həmçinin yeni qatlana bilən qapaqlı smartfonlarını da təqdim edib. Söhbət, Motorola Razr 60 və Razr 60 Ultra-dan gedir.
Qlobal bazarda Motorola Edge 60 və Edge 60 Pro təqdim olunub - QİYMƏTİ

Qlobal bazarda Motorola Edge 60 və Edge 60 Pro təqdim olunub - QİYMƏTİ
Motorola şirkəti qlobal bazarda Edge 60 və Edge 60 Pro smartfonlarını təqdim edib. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də bəzi texniki göstəricilər baxımından fərqlənirlər.
Motorola Edge 60-ın render fotoları və texniki imkanları təqdim edilib

Motorola Edge 60-ın render fotoları və texniki imkanları təqdim edilib
Motorola şirkəti Edge 60 Fusion və Edge 60 STYLUS smartfonlarını təqdim edəndən sonra indi də adi Edge 60 modelini təqdim etməyə hazırlaşır.
Motorola öz ilk noutbuku Moto Book 60-ı təqdim edib - QİYMƏTİ

Motorola öz ilk noutbuku Moto Book 60-ı təqdim edib - QİYMƏTİ
Motorola şirkəti öz ilk noutbukunu təqdim edib. Şirkətin ilk noutbuku Moto Book 60 adlanır.
Moto Pad 60 PRO planşeti təqdim edilib - QİYMƏTİ

Moto Pad 60 PRO planşeti təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti Moto Pad 60 PRO adlı yeni planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və güclü prosessoru əldə edib.
Həftənin xəbərləri

