main-post-cover

    MSI MPG 274URDFW E16M gaming monitoru təqdim olunub

    Cihazlar+
    16.05.2025
    Emil Nəcəfov
          MSI şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MPG 274URDFW E16M adlanır. Beləliklə bu monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 160 Hz-lik təsvir yenilənməsi 4K görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin olunur. Monitorun özü 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 140%-ni, Adobe RGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor DisplayPort 1.4a, HDMI 2.1USB Type-C girişlərini əldə edib. USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 98 vatt çıxış gücünə sahibdir. MSI MPG 274URDFW E16M-in nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MAG 272UP QD-OLED X24 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-272up-qd-oled-x24-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MAG 275QPF X30 gaming monitoru təqdim edilib
    msi-mag-275qpf-x30-gaming-monitoru-teqdim-edilib
    MSI MAG 271QP QD-OLED X24 gaming monitoru təqdim edilib
    msi-mag-271qp-qd-oled-x24-gaming-monitoru-teqdim-edilib
    MSI MAG 274QF X24 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-274qf-x24-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Google TV-yə sahib MSI Modern MD272UPSW smart monitoru təqdim edilib
    google-tv-ye-sahib-msi-modern-md272upsw-smart-monitoru-teqdim-edilib