main-post-cover

    Nothing şəffaf dizayna sahib yeni naqilsiz qulaqlığı üzərində çalışır

    Cihazlar+
    07.02.2025
    Emil Nəcəfov
         Nothing brendi yeni naqilsiz qulaqlığı təqdim etməyə hazırlaşır. Belə ki bir neçə müddət bundan öncə bu yeni audio məhsul SGS Fimko adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu da yeni qulaqlıqlığın tezliklə təqdim oluna biləcəyinə işarə edir. 2022-ci ildə Nothing ilk smartfonu - Phone (1) modelini təqdim etmişdi, bu cihaz unikal şəffaf dizaynı ilə istifadəçiləri təəccübləndirmişdi. Bu dizayn həmçinin şirkətin ilk bazar məhsulu olan Ear (1) naqilsiz qulaqlıqlığında da tətbiq olunmuşdu.
         Daha sonra brendin üzərində işləyə biləcəyi müxtəlif cihazları əks etdirən bir çox konsept renderlər ortaya çıxmışdı. Bu konseptlərdən biri də futuristik dizayna malik Nothing Head (1) olmuşdu. Həmin dövrdə Nothing Head (1) sadəcə bir konsept olsa da, yeni sertifikatlaşdırma bu məhsulun gerçəyə çevrilə biləcəyini göstərir. SGS Fimko məlumat bazasında model nömrəsi B170 olan naqilsiz qulaqlıq qeydə alınıb. Lakin texniki xüsusiyyətlər və ya dizayn haqqında əlavə detallar hələlik məlum deyil.
         Sertifikatlaşdırma yalnız qulaqlığın 5 vatt gücündə naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacağını ortaya çxıarıb. Nothing-in şəffaf elementlərdən istifadə etdiyi dizayn dizayn üslubunu nəzərə alsaq, yeni naqilsiz qulaqlıqlığın da Head (1) konseptindəki kimi bir görünüşə malik ola biləcəyi ehtimal olunur. Bununla belə, bütün bunlar hələlik yalnız fərziyyədir, ona görə də bu məlumatlara ehtiyatla yanaşmaq tövsiyə olunur. Nothing-in yeni məhsulunun yaxın zamanda təqdim ediləcəyi dəqiq bilinmir.
    Mənbə: Gizmochina
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (3a) smartfonu iPhone 16 seriyasının özəlliklərindən birini əldə edəcək
    nothing-phone-3a-smartfonu-iphone-16-seriyasinin-ozelliklerinden-birini-elde-edecek
    Nothing Phone (3a) smartfon seriyasının təqdimatı anons edilib
    nothing-phone-3a-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    Nothing Phone (3)-ün təqdimatı anons edilib
    nothing-phone-3-un-teqdimati-anons-edilib
    Nothing növbəti smartfonuna dair qeyri-adi tizer fotonu bölüşüb
    nothing-novbeti-smartfonuna-dair-qeyri-adi-tizer-fotonu-bolusub
    Nothing şirkəti irimiqyaslı genişlənməyə hədəflənib
    nothing-sirketi-irimiqyasli-genislenmeye-hedeflenib