main-post-cover

    Orta büdcəli Vivo V60 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.09.2025
    Emil Nəcəfov
         Vivo şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo V60 Lite 5G-dən gedir. Bu yeni smartfon keçən ay təqdim edilmiş Vivo V60-ın bir qədər sadələşdirilmiş versiyasıdır. Yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo V60 Lite 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonun gövdəsi həmçinin IP65 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 7360-Turbo prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo V60 Lite 5G özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V60 Lite 5G artıq satışa çıxıb və onun qiyməti 460$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Vivo Y50i 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y50i-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli Vivo Y31 Pro 5G təqdim edilib
    orta-budceli-vivo-y31-pro-5g-teqdim-edilib
    Orta büdcəli Vivo Y31 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y31-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli Vivo Y500 smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y500-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli Vivo T4 Pro smartfonu təqdim olunub - QİYMƏTİ
    orta-budceli-vivo-t4-pro-smartfonu-teqdim-olunub-qiymeti