main-post-cover

    Qatlana bilən Google Pixel 10 Pro Fold-un texniki imkanları ortaya çıxıb

    Cihazlar+
    15.07.2025
    Emil Nəcəfov
         Google yaxın zamanda Pixel 10 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də qatlana bilən Pixel 10 Pro Fold olacaq. İndi isə internetdə bu yeni qatlana bilən smartfonun texniki imkanları ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Pixel 10 Pro Fold smartfonu 8 düym ölçülü daxili OLED ekranla və 6.4 düym ölçülü xarici ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Pixel 9 Pro Fold modelində xarici ekranın ölçüsü 6.3 düym təşkil edir.
         Bununla yanaşı məlumatda qeyd edilib ki, Pixel 10 Pro Fold-un xarici ekranının maksimal parlaqlıq səviyyəsi 3000 nit-ə yüksələcək. Nəticədə yeni smartfonun xarici ekranı Pixel 9 Pro Fold-un xarici ekranından 10% daha parlaq olacaq. Kamera göstəricilərində heç bir dəyişiklik olmayacaq. Belə ki, Pixel 10 Pro Fold özündə 48 MP + 10.5 MP + 10.8 MP üçlü arxa kameranı və hər bir ekran üzərində 10 MP-lik ön kameranı birləşdirəcək.
         Smartfon Google tərəfindən hazırlanmış Tensor G5 prosessoru vasitəsilə çalışacaq və 16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edəcək. Batareyaya gəldikdə isə Pixel 10 Pro Fold-un batareya tutumu böyüyəcək. Belə ki, o, 23 vatt gücündə sürətli şarj texnologiyalı 5015 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Beləliklə Pixel 9 Pro Fold ilə müqayisədə Pixel 10 Pro Fold-un batareya həcmi 7% daha böyük olacaq. Üstəlik smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, Pixel 10 seriyasının gələn ay təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib
    google-openai-xai-ve-anthropic-in-her-biri-pentaqondan-200-milyon-dollarliq-muqavile-elde-edib
    Google Gemini keçən əsrin sistemi ilə şahmat oynamaqdan imtina edib
    google-gemini-kecen-esrin-sistemi-ile-sahmat-oynamaqdan-imtina-edib
    ChromeOS ilə Android-in birləşdirilməsi planı rəsmi şəkildə təsdiqlənib
    chromeos-ile-android-in-birlesdirilmesi-plani-resmi-sekilde-tesdiqlenib
    Google Gemini statik fotonu 8 saniyəlik səsli videoya çevirmək imkanını əldə edib
    google-gemini-statik-fotonu-8-saniyelik-sesli-videoya-cevirmek-imkanini-elde-edib
    Google Gemini mobil tətbiqlər işə qarşılıqlı əlaqə imkanını əldə edib
    google-gemini-mobil-tetbiqler-ise-qarsiliqli-elaqe-imkanini-elde-edib