
Qlobal bazarda OnePlus Pad 3 flaqman planşeti təqdim olunub - QİYMƏTİ
Cihazlar+
05.06.2025
Emil Nəcəfov
OnePlus şirkəti qlobal bazarda kompakt ölçülü OnePlus 13s smartfonu ilə yanaşı OnePlus Pad 3 planşetini də təqdim edib. Şirkətin bu yeni planşeti böyük ölçülü ekranı və flaqman Snapdragon prosessoru ilə seçilir. Beləliklə OnePlus Pad 3 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3.4K keyfiyyətli 13.2 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir. Planşetin gövdə qalınlığı 5.97 mm, çəkisi isə 675 qramdır. Planşet Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus Pad 3 özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 80 vatt gücündə sürətli şarj texnologiyalı 12 140 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Pad 3 yaxın günlərdə satışa çıxacaq və onun qiyməti 599 avrodan start götürəcək.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kompakt ölçülü OnePlus 13s flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Kompakt ölçülü OnePlus 13s flaqman smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti qlobal bazarda OnePlus 13s adlı kompakt ölçülü smartfonunu təqdim edib. Bu, bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus 13T-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyasıdır.
OnePlus Buds 4 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

OnePlus Buds 4 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti Buds 4 adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Seriyanın əvvəlki modeli ilə müqayisədə bu dəfə aktiv səsboğucu (ANC) funksiyası təkmilləşdirilib və şirkət nisbətən əlçatan qiymətə flaqman səviyyəsində səs keyfiyyəti vəd edir
OnePlus Pad 3 planşetinin təqdimatı anons edilib

OnePlus Pad 3 planşetinin təqdimatı anons edilib
OnePlus şirkəti qlobal bazarda yeni planşetinin təqdimatını anons edib. Söhbət, OnePlus Pad 3-dən gedir.
OnePlus Pad 2 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ

OnePlus Pad 2 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti öz yeni flaqman planşetini təqdim edib. Söhbət, OnePlus Pad 2 Pro-dan gedir. OnePlus-ın bu yeni planşeti böyük ölçülü ekranı və flaqman Snapdragon prosessorunu əldə edib.
OnePlus 13s-in yaxın zamanda təqdimatı elan edilib

OnePlus 13s-in yaxın zamanda təqdimatı elan edilib
OnePlus şirkəti yaxın zamanda OnePlus 13s adlı yeni smartfonunu təqdim edəcəyini rəsmi şəkildə elan edib. Şirkət tərəfindən təqdim edilmiş posterdə dəqiq təqdimat tarixi qeyd edilməyib.
Həftənin xəbərləri

