main-post-cover

    REDMI Watch Move smart saatı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    22.04.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi REDMI Watch Move adlı yeni smart saatını təqdim edib. REDMI Watch Move kvadrat formalı gövdəni əldə edib və 450x390 piksel keyfiyyətli 1.85 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Ekran üstəlik Always-on-Display funksiyasının dəstəyinə sahibdir və özündə 200-dən çox siferblatı birləşdirir. Smart saatın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Bunun sayəsində o, 30 dəqiqə ərzində 1.5 metr su dərinliyinə tab gətirə bilir.
         REDMI Watch Move ürək döyüntüləri ritmini və qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə stress keyfiyyətini monitorinq edir. Üstəlik smart saat qadın səhhətinin monitorinqini də reallaşdıra bilir. REDMI Watch Move 140-dan çox idman rejimini dəstəkləyir. Smart saat bir dəfə şarj olunandan sonra 14 gün ərzində çalışa bilir. Ekrandakı Always-on-Display funksiyasının aktiv olduğu halda bu göstərici 5 gün təşkil edir. Redmi Watch Move yaxın günlərdə Hindistanda satışa çıxacaq və onun qiyməti 24$ təşkil edəcək. Smart saatın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI Monitor G Pro 27U gaming monitoru təqdim edilib
    redmi-monitor-g-pro-27u-gaming-monitoru-teqdim-edilib
    REDMI Turbo 4 Pro-nun yaxın zamanda təqdimatı rəsmi şəkildə elan edilib
    redmi-turbo-4-pro-nun-yaxin-zamanda-teqdimati-resmi-sekilde-elan-edilib
    Apple Çin bazarını itirməyə davam edir
    apple-cin-bazarini-itirmeye-davam-edir
    Xiaomi 4K Monitor A27Ui monitoru təqdim edilib
    xiaomi-4k-monitor-a27ui-monitoru-teqdim-edilib
    Xiaomi MIX Flip 2-nin hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub
    xiaomi-mix-flip-2-nin-hansi-gucde-suretli-sarj-texnologiyasinin-desteyini-elde-edeceyi-melum-olub