main-post-cover

    REDMI Turbo 4 Pro-nun yaxın zamanda təqdimatı rəsmi şəkildə elan edilib

    Cihazlar+
    18.04.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI Turbo 4 Pro smartfonunun təqdim olunacağını rəsmi şəkildə təsdiqləyib. Belə ki, brend bu mövzu ilə bağlı rəsmi tizer posterini təqdim edib. Qeyd etmək lazımdır ki, REDMI Turbo 4 smartfonu yanvar ayında təqdim olunmuşdu. Qısa müddət sonra isə məlumat ortaya çıxmışdı ki, REDMI brendi onun Pro versiyası üzərində çalışır. İndi isə bu məlumat rəsmi şəkildə təsdiqlənmiş oldu.
         REDMI tərəfindən təqdim edilmiş posterin yuxarı hissəsində qeyd edilmiş məlumata əsasən REDMI Turbo 4 Pro smartfonu 2.5K keyfiyyətli ekranla təchiz olunacaq. Posterin aşağı hissəsində qeyd edilmiş məlumata əsasən isə bu yeni smartfon artıq gələn həftə təqdim olunacaq. Dəqiq təqdimat tarixi çox güman ki, yaxın günlərdə açıqlanacaq. Smartfonun texniki imkanları barəsində rəsmi məlumat olmasa da ehtimal edilir ki, o, Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Çin bazarını itirməyə davam edir
    apple-cin-bazarini-itirmeye-davam-edir
    Xiaomi 4K Monitor A27Ui monitoru təqdim edilib
    xiaomi-4k-monitor-a27ui-monitoru-teqdim-edilib
    Xiaomi MIX Flip 2-nin hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub
    xiaomi-mix-flip-2-nin-hansi-gucde-suretli-sarj-texnologiyasinin-desteyini-elde-edeceyi-melum-olub
    Büdcəli POCO C71 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-poco-c71-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli REDMI A5 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-a5-4g-smartfonu-teqdim-edilib-qiymeti