
Vivo WATCH 5 smart saatı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
22.04.2025
Emil Nəcəfov
Vivo şirkəti Vivo Pad 5 Pro flaqman planşeti ilə yanaşı öz yeni smart saatını da təqdim edib. Şirkətin yeni smart saatı Vivo WATCH 5 adlanır. Bu yeni smart saat öz yüngül gövdəsi ilə seçilir. Belə ki, onun çəkisi cəmi 32 qram təşkil edir. Smart saat dairəvi gövdə dizaynını əldə edib və 60 Hz-lik təsvir yenilənməsinə sahib 466x466 piksel keyfiyyətli 1.43 düym ölçülü AMOLED ekranla təchiz olunub. Vivo WATCH 5-in gövdəsində fırlana bilən düymə və ayrıca naviqasiya düyməsi mövcuddur.

Smart saat, qan təzyiqini, ürək döyüntüləri ritmini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə bilir. Bundan əlavə cihaz 100-dən çox idman rejimini dəstəkləyir. Vivo WATCH 5 smart saatı 505 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Adi saat rejimində cihaz 22 gün ərzində intensiv çalışma rejimində isə 11 gün ərzində çalışa bilir. Smart saat 29 aprel tarixində Çində satışa çıxacaq və onun qiyməti 111$ təşkil edəcək. Smart saatın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Vivo Pad 5 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ

Vivo Pad 5 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti öz yeni flaqman planşetini təqdim edib. Söhbət, Vivo Pad 5 Pro-dan gedir. Sözügedən yeni planşet böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib.
Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti Vivo X200s ilə kifayətlənməyərək Vivo X200 Ultra adlı ikinci yeni flaqman smartfonunu təqdim edib. Bu flaqman smartfon böyük ölçülü ekranı Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Vivo X200s flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Vivo X200s flaqman smartfonu təqdim olunub - QİYMƏTİ
Vivo şirkəti Vivo X200s adlı yeni flaqman smartfonunu təqdim edib. Şirkətin bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Apple Çin bazarını itirməyə davam edir

Apple Çin bazarını itirməyə davam edir
IDC-nin press-relizində qeyd olunduğu kimi, ötən rübdə Çində smartfon seqmenti ümumilikdə 3.3% artaraq 71.6 milyon ədədə çatıb.
Orta büdcəli Vivo V50e smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Vivo V50e smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo V50e-dən gedir. Vivo-nun bu yeni orta büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Həftənin xəbərləri

