
Vivo X200 FE haqqında ilk məlumatlar təqdim edilib
Cihazlar+
07.05.2025
Emil Nəcəfov
Smartprix saytı Vivo X200 smartfon seriyasının növbəti modeli barəsində ilk məlumatları təqdim edib. Söhbət, Vivo X200 FE-dən gedir. Məlumata əsasən təqdimata hazırlaşan bu yeni smartfon kompakt ölçüyə, lakin flaqman texniki imkanlara sahib olacaq. Smartprix bildirib ki, Vivo X200 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.31 düym ölçülü LTPO OLED ekranla təchiz olunacaq. Smartfon MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda smartfonun özündə 50 MP + 8 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirəcəyi gözlənilir. Bununla yanaşı Vivo X200 FE 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Məlumatda qeyd edilib ki, Vivo X200 FE artıq iyul ayında təqdim olunacaq.

Mənbə: Smartprix
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Büdcəli Vivo Y19 5G smartfonu təqdim olunub - QİYMƏTİ

Büdcəli Vivo Y19 5G smartfonu təqdim olunub - QİYMƏTİ
Vivo şirkəti Vivo Y19 5G adlı yeni büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
Canalys şirkəti qlobal smartfon tədarükünə dair yeni hesabat dərc edib. Həmin məlumatlara görə, 2025-ci ilin birinci rübündə bazara 296.9 milyon ədəd smartfon tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artım deməkdir.
6500 mAh-dan böyük batareyaya sahib orta büdcəli Vivo T4 5G smartfonu təqdim olunub - QİYMƏTİ

6500 mAh-dan böyük batareyaya sahib orta büdcəli Vivo T4 5G smartfonu təqdim olunub - QİYMƏTİ
Vivo şirkəti Vivo T4 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Sözügedən smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 7000 mAh-dan böyük həcmli batareyanı əldə edib.
Vivo WATCH 5 smart saatı təqdim edilib - QİYMƏTİ

Vivo WATCH 5 smart saatı təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti Vivo Pad 5 Pro flaqman planşeti ilə yanaşı öz yeni smart saatını da təqdim edib. Şirkətin yeni smart saatı Vivo WATCH 5 adlanır. Bu yeni smart saat öz yüngül gövdəsi ilə seçilir.
Vivo Pad 5 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ

Vivo Pad 5 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti öz yeni flaqman planşetini təqdim edib. Söhbət, Vivo Pad 5 Pro-dan gedir. Sözügedən yeni planşet böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib.
Həftənin xəbərləri

