main-post-cover

    Alibaba Qoder adlı pulsuz süni intellekt proqramçı platformasını təqdim edib

    Proqram Təminatı
    25.08.2025
    Emil Nəcəfov
         Alibaba Qoder adlı yeni xidməti - süni intellekt vasitəsilə proqram kodu yazmaq üçün platformanı təqdim edib. Şirkət bu xidmətin tərtibatçıların məhsuldarlığını artırmağa kömək edəcək geniş imkanlar təqdim edəcəyini vəd edir. Next-Edit-Suggestion (NES) modeli və kontekstlə işləmənin təkmilləşdirilmiş mexanizmləri Qoder-ə kod bazasında dərin axtarış, bir neçə sətrdə kod redaktəsi, yeni kod üçün ağıllı təkliflər, refaktorinq, test və avtomatik rejimdə təsdiqləmə funksiyalarını təmin edir - və bütün bunlar təbii dil sorğuları vasitəsilə həyata keçirilir. Alibaba Qoder iki iş rejimi nəzərdə tutur: Agent ModeQuest Mode. Agent Mode işə salındıqda, Qoder platforması kod yazmaq üçün intellektual köməkçi rolunu oynayır, mütəxəssisin baza səviyyəli tapşırıqlarını sadələşdirir - istifadəçi isə süni intellekt üzərində tam nəzarəti saxlayır.
         Quest Mode rejimində isə Qoder tamhüquqlu mühəndisə çevrilir, sınaqdan keçirilmiş və işləməyə hazır kod təqdim edir. Tərtibatçı yalnız spesifikasiyaları hazırlayır, tapşırıqları deleqasiya edir və onların icrasını izləyir. Qoder isə müstəqil şəkildə iş planı qurur, tapşırıqları detallı ardıcıllıqlara bölür, funksiyaların reallaşdırılmasını yaradır, test və təsdiqləmə proseslərini avtomatlaşdırır - başqa sözlə, insanın bütün işini öz üzərinə götürür. Alibaba Qoder mürəkkəb kod bazasını, arxitekturanı, dizayn şablonlarını və layihənin əsas məntiqini anlaya bilir. Bu məlumatlar əsasında sistem Wiki-repozitoriya tərtib edir, yəni layihə üzrə strukturlaşdırılmış sənədləşmə hazırlayır.
         Uzunmüddətli yaddaş funksiyası Qoder-ə əvvəlki qərarları, istifadəçinin kod yazma üstünlüklərini nəzərə almağa, əvvəlki işlərin sürətli analizini apararaq sonrakı kodu eyni üslubda yazmağa imkan verir. Platforma proqramçılar üçün müxtəlif iş proseslərinə uyğunlaşmanı asanlaşdırır və onların daha geniş spektrdə tapşırıqlar yerinə yetirməsinə şərait yaradır. Qoder digər qabaqcıl süni intellekt modellərini - Anthropic Claude, Google Gemini OpenAI GPT-ni inteqrasiya etməyə imkan verir. İntellektual planlaşdırma sistemi onları fərdi şəkildə dəyişməyə ehtiyac qoymur, hər bir tapşırıq üçün ən qənaətcil və güclü modeli seçir. Tərtibatçı üçün isə yalnız yüksək səviyyəli layihələndirmə və məhsulun bazara çıxarılması strategiyası qalır. Hazırda Alibaba Qoder pulsuz təqdim olunur, lakin gələcəkdə “kreditlər əsasında çevik tarif planları” istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alibaba süni intellekt əsaslı Qwen-Image adlı foto generatoru təqdim edib
    alibaba-suni-intellekt-esasli-qwen-image-adli-foto-generatoru-teqdim-edib
    Alibaba 6 ay öncədən mədə xərçəngini təyin edən süni zəkanı təqdim edib
    alibaba-6-ay-onceden-mede-xercengini-teyin-eden-suni-zekani-teqdim-edib
    Apple-ın Çində süni zəka xidmətlərini işə salmaq prosesi dayandırılıb
    apple-in-cinde-suni-zeka-xidmetlerini-ise-salmaq-prosesi-dayandirilib
    Çində məhsulların sürətli çatdırılması üçün raket uçuşunun testi keçirilib
    cinde-me
    Rəsmi Vaşinqton Apple ilə Alibaba arasındakı əməkdaşlıqdan narazıdır
    resmi-vasinqton-apple-ile-alibaba-arasindaki-emekdasliqdan-narazidir