
ChatGPT bulud yaddaşlardakı fayllarla işləməyi öyrənib
Proqram Təminatı
05.06.2025
Emil Nəcəfov
ChatGPT biznes istifadəçiləri üçün bulud yaddaş sistemləri ilə işləməyi öyrənib. İndi süni zəka Google Disk, Dropbox, Box, SharePoint və OneDrive platformalarına qoşularaq şirkətlərin daxili sənədləri əsasında məlumat axtara və dərin analiz (deep research) apara bilər. Çat-bot həmçinin görüşləri yazıb canlı yayımlaya, taymkodlarla qeydlər yarada, əsas məqamları seçə və müzakirələr əsasında fəaliyyət təklifləri təqdim edə bilir. İstifadəçilər bu qeydlərdə sənədlərdəki kimi axtarış edə biləcəklər.

Bundan əlavə, tapşırıqlar avtomatik olaraq OpenAI-nin mətn və kod yazma layihələri üçün nəzərdə tutulmuş Canvas alətinə köçürülə bilər. Qeyd olunur ki, yeni funksiya istifadəçilərin giriş icazələrini də nəzərə alır. Məsələn, əgər əməkdaşın hər hansı bir faylı görmək icazəsi yoxdursa, ChatGPT ona həmin fayldan heç bir məlumat təqdim etməyəcək. OpenAI müştəriləri həmçinin MCP (Model Context Protocol) protokolu vasitəsilə qarşılıqlı əlaqə qura bilərlər.
Bu protokol daha dərin analiz üçün digər alətlərə qoşulmağa imkan verir. MCP dəstəyi Pro, Team və Enterprise tarif planlarının abunəçiləri üçün əlçatandır. Bundan əlavə, şirkət HubSpot, Linear və bəzi Microsoft və Google alətləri üçün dərin əlaqələr (deep research connectors) adlı beta versiya funksiyasını istifadəyə verib. Bu alətlər vasitəsilə ChatGPT həm şirkətin daxili məlumatlarından, həm də internetdən istifadə edərək analitik hesabatlar hazırlaya bilir. Bu funksiya ödənişli tarif planlarındakı bütün istifadəçilər üçün əlçatandır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI-nin Sora video generatoru Bing tətbiqində pulsuz olub

OpenAI-nin Sora video generatoru Bing tətbiqində pulsuz olub
Microsoft, OpenAI şirkətinə məxsus Sora süni zəka modeli vasitəsilə mətn sorğularından video yaratmağa imkan verən yeni Bing Video Creator alətinin istifadəyə verildiyini elan edib.
OpenAI ChatGPT-ni universal super-assistentə çevirmək istəyir

OpenAI ChatGPT-ni universal super-assistentə çevirmək istəyir
OpenAI, ChatGPT-ni həyatın bütün sahələrində istifadəçiyə kömək edə bilən universal super-assistentə çevirməyi planlaşdırır. Bu barədə məlumatlar mediaya Google ilə aparılan antiinhisar araşdırması çərçivəsində sızdırılan şirkətə məxsus daxili sənədlərdən məlum olub.
Elon Musk OpenAI-nın Yaxın Şərqdəki layihələrinə mane olmaq istəyib

Elon Musk OpenAI-nın Yaxın Şərqdəki layihələrinə mane olmaq istəyib
ABŞ prezidenti Donald Trump və OpenAI rəhbəri Sam Altman-ın Yaxın Şərqə son səfərindən sonra məlum oldu ki, məhz OpenAI şirkəti regionda yaradılacaq iri məlumat emalı mərkəzlərinin əsas operatoru olacaq.
OpenAI-nin o3 modeli insanın əmrinə baxmayaraq deaktiv olmaqdan imtina edir

OpenAI-nin o3 modeli insanın əmrinə baxmayaraq deaktiv olmaqdan imtina edir
2025-ci ilin yazında OpenAI tərəfindən yeni nəsil süni zəkanın əsas modeli kimi təqdim olunmuş o3 modeli, söndürülmə ssenarisini yenidən yazaraq işini dayandırmaqla bağlı birbaşa göstərişi nəzərə almayıb. Bu hadisə Palisade Research tədqiqatçıları tərəfindən nəzarətli təcrübə çərçivəsində qeydə alınıb və süni zəka icmasında narahatlıq doğurub.
OpenAI-nin süni zəka əsaslı cihazı iPod Shuffle-a bənzəyə bilər

OpenAI-nin süni zəka əsaslı cihazı iPod Shuffle-a bənzəyə bilər
OpenAI şirkətinin Jony Ive-ın io adlı startapını almasından və tərəflərin süni zəka əsaslı cihaz üzərində çalışdıqları xəbərlərindən sonra internetdə bu planlaşdırılan razılaşma ilə bağlı insayder məlumatları yayılıb.
Həftənin xəbərləri

