main-post-cover

    ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyası istifadəyə verilib

    Proqram Təminatı
    21.04.2025
    Emil Nəcəfov
         OpenAI şirkəti ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyasını təqdim edib. Memory with Search adlanan bu yenilik o3 o4-mini modelləri ilə birlikdə təqdim olunub və artıq ChatGPT-də əlçatandır. Bu funksiya süni zəkanın istifadəçinin əvvəlki sorğularından əldə etdiyi məlumatları nəzərə alaraq daha dəqiq və faydalı veb-axtarış aparmasına imkan verir. OpenAI-nin rəsmi yardım mərkəzində yayımlanmış məlumata görə, yeni funksiya istifadəçi üstünlüklərini yadda saxlamaq bacarığı ilə Bing və ya digər axtarış sistemləri üzərindən işləyən onlayn axtarış funksiyasını özündə birləşdirir.
         İndi ChatGPT əvvəlcədən təqdim olunmuş sevimli yeməklər, ünsiyyət tərzi və digər maraqlar kimi məlumatları nəzərə alaraq axtarış nəticələrini istifadəçinin zövqünə uyğun şəkildə fərdiləşdirə bilir. Məsələn, əgər bir istifadəçi ChatGPT ilə tez-tez yapon mətbəxini müzakirə edibsə, bot bu məlumatdan istifadə edərək restoranlar, reseptlər və ya mədəniyyətlə bağlı məlumatları axtararkən daha uyğun nəticələr təqdim edə bilər. Xatırladaq ki, ChatGPT-də yaddaş funksiyası hələ 2024-cü ilin əvvəlində təqdim olunmuşdu, lakin bu vaxta qədər internetdə məlumat axtarışı zamanı istifadə olunmurdu. TechCrunch nəşrinin qeyd etdiyi kimi, Memory with Search funksiyası OpenAI-nin ChatGPT-ni rəqib çat-botlardan, məsələn, Anthropic şirkətinin Claude Google-un Gemini modellərindən fərqləndirməyə yönəlmiş davamlı səylərinin bir hissəsidir.
         Qeyd edək ki, Gemini də yaddaş funksiyası təklif edir. Vacib məqamlardan biri odur ki, istifadəçilər ChatGPT-nin “yaddaş” funksiyasını özləri idarə edə bilirlər - onu baxışdan keçirə, silə və ya tamamilə deaktiv edə bilərlər. OpenAI bildirib ki, məxfilik məsələləri şirkət üçün prioritet olaraq qalır: Məlumatlar yalnız konkret istifadəçi ilə qarşılıqlı əlaqəni yaxşılaşdırmaq məqsədilə istifadə olunur və üçüncü şəxslərə ötürülmür. Hazırda bu funksiya məhdud sayda istifadəçiyə əlçatandır, lakin OpenAI yaxın həftələrdə onun geniş istifadəyə veriləcəyini vəd edir. Əvvəlki kimi, bu funksiya yalnız Plus abunəliyi olan ChatGPT versiyasında, GPT-4 Turbo modeli ilə işləyəcək.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT ilə nəzakətli ünsiyyət OpenAI-ya milyonlarla dollara başa gəlir
    chatgpt-il
    OpenAI-nin yeni süni zəka modelləri o3 və o4 mini daha çox halüsinasiyaya məruz qalırlar
    openai-nin-yeni-suni-zeka-modelleri-o3-ve-o4-mini-daha-cox-halusinasiyaya-meruz-qalirlar
    Yeni tendensiya: İnsanlar ChatGPT vasitəsilə şəkillərdəki məkanları təyin edirlər
    yeni-tendensiya-insanlar-chatgpt-vasitesile-sekillerdeki-mekanlari-teyin-edirler
    OpenAI süni zəka əsaslı proqramlaşdırma köməkçisi istehsalçısı Windsurf-ü ala bilər
    openai-suni-zeka-esasli-proqramlasdirma-komekcisi-istehsalcisi-windsurf-u-ala-biler
    OpenAI o3 və o4-mini süni zəka modellərini təqdim edib
    openai-o3-ve-o4-mini-suni-zeka-modellerini-teqdim-edib