main-post-cover

    Yeni tendensiya: İnsanlar ChatGPT vasitəsilə şəkillərdəki məkanları təyin edirlər

    Proqram Təminatı
    17.04.2025
    Emil Nəcəfov
         İnternetdə sürətlə yayılan yeni və bir qədər narahatedici bir tendensiya ortaya çıxıb. İnsanlar şəkillərdə göstərilən məkanları müəyyən etmək üçün ChatGPT-dən istifadə edirlər. Bu gün OpenAI özünün ən yeni süni zəka modelləri olan o3o4-mini-ni təqdim edib. Hər iki model yüklənmiş şəkillər üzərində unikal “məntiqi düşünmə” qabiliyyətinə malikdir. Praktikada bu modellər hətta bulanıq və təhrif olunmuş fotoları kəsə, döndərə və yaxınlaşdıraraq dərin analiz edə bilirlər. Bu şəkil analiz etmə bacarıqları, modellərin vebdə axtarış edə bilmə qabiliyyəti ilə birləşdikdə, onları güclü məkan tapma alətinə çevirir.
         Sosial şəbəkə X-dəki istifadəçilər tez bir zamanda aşkar ediblər ki, xüsusilə o3 modeli vizual ipuclara əsaslanaraq şəhərləri, məşhur yerləri, hətta restoran və barları belə müəyyən etməkdə olduqca uğurludur. Bir çox halda bu modellər nə keçmiş ChatGPT söhbətlərindəki “xatirələrə”, nə də şəkillərin harada çəkildiyini göstərən EXIF metadatasına əsaslanmır. X sosial platforması istifadəçilərin ChatGPT-yə restoran menyuları, məhəllə görüntüləri, bina fasadları və selfi şəkilləri göndərərək o3 modelinə “GeoGuessr” oynadığını təsəvvür etməsini tapşırdığı nümunələrlə doludur.
         GeoGuessr - oyunçulardan Google Street View görüntülərinə əsaslanaraq məkanları təxmin etmələrini tələb edən onlayn oyundur. Bu vəziyyət açıq şəkildə potensial məxfilik problemi yaradır. Məsələn, pis niyyətli biri bir şəxsin Instagram Stories görüntüsünün screenshotunu çəkib, ChatGPT-dən istifadə edərək həmin şəxsin kimliyini və yerini ifşa etməyə cəhd göstərə bilər. Əlbəttə ki, bu, o3 və o4-mini modelləri təqdim olunmadan əvvəl də mümkün idi. TechCrunch bununla bağlı o3 və şəkil-analiz etmə qabiliyyəti olmayan əvvəlki GPT-4o modeli üzərindən bir sıra fotoları sınaqdan keçirib və bu modellərin məkan təxmin etmə bacarıqlarını müqayisə edib.
         Təəccüblüdür ki, GPT-4o çox vaxt o3 ilə eyni və düzgün cavaba gəlib - və bunu daha az vaxtda edib. Qısa testlər zamanı ən azı bir halda o3 modeli GPT-4o-nun tapa bilmədiyi bir məkanı düzgün müəyyən edə bildi. Zəif işıqlandırılmış barda divara asılmış bənövşəyi kərgədan başının fotosu təqdim edildikdə, o3 doğru olaraq bunun Bruklindəki Williamsburg bölgəsində yerləşən gizli bar (speakeasy) olduğunu təxmin etdi - halbuki GPT-4o bunun Böyük Britaniyadakı bir pab olduğunu güman etmişdi. Bu, o3 modelinin bu sahədə qüsursuz olduğunu göstərmir.
         Bir neçə testdə o3 uğursuz oldu - ya cavab verə bilməyərək dövrəyə düşdü, ya da səhv məkan təqdim etdi. X sosial şəbəkəsindəki istifadəçilər də qeyd ediblər ki, o3-ün yer təyini bəzən reallıqdan çox uzaq ola bilir. Lakin bu tendensiya daha qabiliyyətli və “məntiq yürüdə bilən” süni zəka modellərinin ortaya çıxardığı yeni riskləri nümayiş etdirir. ChatGPT-də bu cür “əks istiqamətli məkan axtarışı”nı (reverse location lookup) məhdudlaşdırmaq üçün ciddi təhlükəsizlik tədbirləri mövcud deyil və ChatGPT-nin arxasında duran OpenAI şirkəti bu məsələni nə o3, nə də o4-mini modelləri üçün hazırladığı təhlükəsizlik hesabatında qeyd etmir.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI süni zəka əsaslı proqramlaşdırma köməkçisi istehsalçısı Windsurf-ü ala bilər
    openai-suni-zeka-esasli-proqramlasdirma-komekcisi-istehsalcisi-windsurf-u-ala-biler
    OpenAI o3 və o4-mini süni zəka modellərini təqdim edib
    openai-o3-ve-o4-mini-suni-zeka-modellerini-teqdim-edib
    OpenAI öz sosial şəbəkəsini yaratmağı nəzərdən keçirir
    openai-oz-sosial-sebekesini-yaratmagi-nezerden-kecirir
    ChatGPT-nin həftəlik aktiv istifadəçi kütləsi 1 milyarda çatıb
    chatgpt-nin-heftelik-aktiv-istifadeci-kutlesi-1-milyarda-catib
    OpenAI GPT-4.1 süni zəka modelini təqdim edib
    openai-gpt-41-suni-zeka-modelini-teqdim-edib