main-post-cover

    ChatGPT ilə nəzakətli ünsiyyət OpenAI-ya milyonlarla dollara başa gəlir

    Süni İntellekt
    21.04.2025
    Emil Nəcəfov
         OpenAI şirkəti hər il ChatGPT-də “təşəkkür edirəm” və “zəhmət olmasa” kimi nəzakətli ifadələrin işlənməsi üçün 10 milyonlarla dollar xərcləyir. Yüksək xərclərə baxmayaraq, şirkətin baş direktoru Sam Altman bunun əsaslandırıla bilən bir xərc olduğunu hesab edir. Onun fikrincə, bu cür cavablar süni zəka ilə ünsiyyəti daha insani və mehriban edir. Baxmayaraq ki, süni zəkanın hissləri olmadığı məlumdur, bir çox istifadəçi instinktiv olaraq ChatGPT-yə real insan kimi təşəkkür edir. Altman-ın qeyd etdiyi kimi, hətta qısa cavablar - məsələn, “dəyməz” kimi - belə ciddi hesablama resursları tələb edir.
         Tom's Hardware-in yazdığına görə, belə bir cavabın verilməsi təxminən 40-50 millilitr suya və data-mərkəzlərin enerji istehlakına başa gəlir. OpenAI nəzakətli ifadələrə cavab olaraq əvvəlcədən şablon cavablar proqramlaşdıra bilərdi, lakin bu, texniki baxımdan mürəkkəb bir prosesdir. Buna görə də şirkət xərclərin artmasına baxmayaraq, dialoqun təbii qalmasına üstünlük verir. Eyni zamanda, bəzi istifadəçilər ChatGPT-yə o qədər alışır ki, onu həqiqi bir söhbət tərəfdaşı kimi qəbul etməyə başlayırlar.
         OpenAI və Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçılarının fikrincə, bu, emosional asılılığa belə gətirib çıxara bilər. Maraqlıdır ki, sorğulara görə tokenlərlə ödəniş edən istifadəçilər, əslində, nəzakətli cavabları da xidmətin dəyərinə daxil etmiş olurlar. Mütəxəssislər istisna etmir ki, süni zəka inkişaf etdikcə insan və süni sistem arasındakı ünsiyyət sərhədləri silinə bilər və bu zaman ChatGPT-yə qarşı nəzakətli davranmaq vərdişi faydalı ola bilər. Amma hələlik bu yalnız nəzəriyyədir - OpenAI-nin nəzakət naminə milyonlarla dollar xərcləməsi isə tamamilə reallıqdır.
    Mənbə: Tomshardware
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI-nin yeni süni zəka modelləri o3 və o4 mini daha çox halüsinasiyaya məruz qalırlar
    openai-nin-yeni-suni-zeka-modelleri-o3-ve-o4-mini-daha-cox-halusinasiyaya-meruz-qalirlar
    Yeni tendensiya: İnsanlar ChatGPT vasitəsilə şəkillərdəki məkanları təyin edirlər
    yeni-tendensiya-insanlar-chatgpt-vasitesile-sekillerdeki-mekanlari-teyin-edirler
    OpenAI süni zəka əsaslı proqramlaşdırma köməkçisi istehsalçısı Windsurf-ü ala bilər
    openai-suni-zeka-esasli-proqramlasdirma-komekcisi-istehsalcisi-windsurf-u-ala-biler
    OpenAI o3 və o4-mini süni zəka modellərini təqdim edib
    openai-o3-ve-o4-mini-suni-zeka-modellerini-teqdim-edib
    OpenAI öz sosial şəbəkəsini yaratmağı nəzərdən keçirir
    openai-oz-sosial-sebekesini-yaratmagi-nezerden-kecirir