
Avropadan çoxlu sayda şirkət Google-dan ümumilikdə 12 milyard avro təzminat tələb edir
Tech-Biznes
14.05.2025
Emil Nəcəfov
Avropanın onlarla qiymət müqayisə saytları Google şirkətinə qarşı 12 milyard avrodan çox məbləğdə məhkəmə iddiası qaldırıb və onu ədalətsiz rəqabətdə ittiham ediblər. Bu iddialar Avropa Komissiyasının 2017-ci ildə qəbul etdiyi qərardan sonra mümkün olub. Həmin qərarda İT nəhənginin antiinhisar qanunlarını pozduğu təsdiqlənmişdi. 7 il davam edən məhkəmə çəkişmələrindən sonra, Avropa şirkətləri nəhayət Google-dan milyardlarla avro təzminat tələb etmək imkanı əldə ediblər. Bloomberg-in məlumatına görə, əsas arqument Avropa Birliyinin verdiyi qərardır. O qərarda Google-un öz alış-veriş xidmətini rəqiblərin hesabına irəli çəkdiyi bildirilmişdi.

2023-cü ildə çoxsaylı apellyasiyalardan sonra məhkəmə qayda pozuntusunu təsdiqlədi və bu, zərərçəkmiş şirkətlərə Google-un günahını yenidən sübut etmədən kompensasiya tələb etmək imkanı verdi. Hazırda Avropa Birliyinin yeddi ölkəsində ən azı 12 məhkəmə iddiasına baxılır, onların 9-u 12 milyard avrodan artıq məbləğlə qiymətləndirilir. Bəzi işlər artıq məhkəmə baxışına yaxınlaşır. Məsələn, iyun ayının sonunda London məhkəməsi Britaniyanın Kelkoo və Foundem şirkətlərinin 1 milyard funt sterlinq (1.6 milyard dollar) məbləğində iddiasına baxacaq.

Sentyabr ayında isə Amsterdamda Niderlandın Compare Group şirkətinə dair iş üzrə dinləmələr başlanacaq. Yeni iddialar da daxil olmağa davam edir. Ötən ay Niderlandda Almaniyanın PreisRoboter və Portuqaliyanın KuantoKusta şirkətləri adından 900 milyon avroluq kollektiv məhkəmə iddiası qaldırılıb. Həmçinin İtaliyanın Moltiply Group SA şirkəti, 2010-2017-ci illər arasında Trovaprezzi xidmətinin çəkdiyi zərərlərə görə 2.97 milyard avro təzminat iddiasında olduğunu bildirib. Bəzi iddiaçılar Google-un hələ də antiinhisar qanunlarını pozduğunu bildirərək iddia məbləğlərini artırırlar. Idealo şirkətinin həmtəsisçisi Albrecht Sonntag bildirib: “Biz bu sui-istifadələrə görə real nəticələrin tətbiqini tələb edirik. İnternet istehlakçıların və iqtisadiyyatın ziyanına olaraq monopoliyalar tərəfindən idarə olunmamalıdır”.

Eyni zamanda, Idealo-nun maraqlarını təmsil edən vəkil Thomas Höppner izah edib ki, iddiaların yüksək məbləğdə olması bu pozuntuların 2008-ci ildən bəri davam etməsi və həmin dövrdə elektron ticarətin sürətlə inkişaf etməsi ilə bağlıdır. Google isə öz növbəsində ittihamları rədd edir və bildirir ki, 2017-ci ildən bəri bütün qiymət müqayisə saytları üçün bərabər şərtlər təmin edir. Şirkət bu iddiaların əsassız olduğunu və onların xidmətlərini inkişaf etdirmək əvəzinə pul əldə etmək istəyənlər tərəfindən qaldırıldığını iddia edir. Bu arada Google-un hüquqi problemləri artır. Avropa Birliyindəki iddialarla yanaşı, şirkət ABŞ-da da reklam və axtarış biznesinin bölünməsi ilə bağlı antiinhisar iddiaları ilə üzləşib.
Mənbə: Bloomberg
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Android 16 üçün olan tamamilə yeni dizaynı sərgiləyib (VİDEO)

Google Android 16 üçün olan tamamilə yeni dizaynı sərgiləyib (VİDEO)
Google şirkəti rəsmi olaraq Android mobil əməliyyat sisteminin istifadəçi interfeysində Material 3 Expressive konsepsiyasına əsaslanan böyük dizayn yeniləməsini təqdim edib. Tərtibatçılar bu dəyişikliklərlə interfeysə daha çox emosional çalarlar əlavə etməyə, onu daha cəlbedici və eyni zamanda istifadəçilər üçün daha sadə etməyə çalışıblar.
Google Find My Device tətbiqinin adı Find Hub-a dəyişib və funksionallığı genişləndirilib

Google Find My Device tətbiqinin adı Find Hub-a dəyişib və funksionallığı genişləndirilib
Keçən il o qədər də uğurlu olmayan Find My Device tətbiqinin istifadəyə verilməsindən sonra Google bu xidməti Find Hub adlandıraraq tətbiqin rebrendinqini reallaşdırıb.
Google Gemini avtomobillərdə, televizorlarda və s. cihazlarda istifadəyə veriləcək

Google Gemini avtomobillərdə, televizorlarda və s. cihazlarda istifadəyə veriləcək
Google şirkəti süni zəka əsaslı Gemini köməkçisini Google TV ilə çalışan cihazlara, Android Auto sistemli avtomobillərə, WearOS əməliyyat sistemi ilə çalışan ağıllı saatlara və Android XR ilə işləyən qarışıq reallıq cihazlarına gətirməyi planlaşdırır.
Google Search-də AI Mode düyməsi test edilir

Google Search-də AI Mode düyməsi test edilir
Bəzi Google axtarış sisteminin istifadəçiləri xidmətin əsas səhifəsində AI Mode adlı süni zəka botunun peyda olmasına diqqət yetiriblər.
Sam Altman: "ChatGPT axtarış sistemi mövzusunda Google-u əvəz edə bilməyəcək"

Sam Altman: "ChatGPT axtarış sistemi mövzusunda Google-u əvəz edə bilməyəcək"
OpenAI şirkətinin baş direktoru Sam Altman bildirib ki, artıq internet axtarışı üçün Google-dan istifadə etmir və üstünlüyü ChatGPT-yə verir. Lakin ABŞ Senatında keçirilən dinləmələr zamanı o, etiraf edib ki, süni zəka, istifadəçi davranışındakı dəyişikliklərə və süni zəka əsaslı axtarış sistemlərinin inkişafına baxmayaraq, Google-un əsas axtarış xidməti rolunu əvəz edə bilməyəcək.
Həftənin xəbərləri

