main-post-cover

    Google Search-də AI Mode düyməsi test edilir

    Proqram Təminatı
    13.05.2025
    Emil Nəcəfov
         Bəzi Google axtarış sisteminin istifadəçiləri xidmətin əsas səhifəsində AI Mode adlı süni zəka botunun peyda olmasına diqqət yetiriblər. Sosial şəbəkələrdə, o cümlədən X Threads platformalarında yayılmış paylaşımlar göstərir ki, hazırda tərtibatçılar süni zəka axtarışı ilə qarşılıqlı əlaqəyə başlamağa imkan verən düymənin müxtəlif yerlərdə yerləşdirilməsini test edirlər. İstifadəçi rəylərinə əsasən, bəzi hallarda AI Mode düyməsi birbaşa axtarış sətrinin içində yerləşir, digər hallarda isə bu düymə axtarış sətrinin altında yerləşən “I’m Feeling Lucky” düyməsini əvəz edir. Həmin düymənin vizual görünüşü digər elementlərdən bir qədər fərqlənir.
         Onun üzərinə siçan oxu gətirildikdə fırlanan göy qurşağı çərçivəsi görünür. Ayın əvvəlində Google açıqladı ki, ABŞ-da yaşayan istifadəçilərin kiçik bir faizi yaxın zamanda axtarış sistemində AI Mode seçimini görməyə başlayacaq. İstifadəçilər tərəfindən paylaşılan ekran görüntüləri bu süni zəka funksiyası hamı üçün əlçatan olduqda necə görünə biləcəyi barədə daha aydın təsəvvür yaradır. Google nümayəndəsi Ashley Thomson bildirib ki, hazırda süni zəka axtarış rejimi yalnız Google Labs platformasının istifadəçiləri üçün əlçatandır.
         “Biz tez-tez istifadəçilərin faydalı funksiyalarımıza necə daxil olduqlarını test edirik. Bu da həmin sınaqlardan biridir” - deyə o əlavə edib. Hal-hazırda “I’m Feeling Lucky” düyməsinin AI Mode ilə əvəz olunacağına dair heç bir rəsmi təsdiq yoxdur. Lakin bu ehtimal belə, bu funksiyadan istifadə edən bir çox insanı narahat edə bilər. Ola bilsin ki, Google bu variantı nəzərdən keçirməklə, süni zəka əsaslı axtarışın daha səmərəli olduğuna eyham vurur.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sam Altman: "ChatGPT axtarış sistemi mövzusunda Google-u əvəz edə bilməyəcək"
    sam-altman-chatgpt-axtaris-sistemi-movzusunda-google-u-evez-ede-bilmeyecek
    Google Chrome istifadəçilərini süni zəka vasitəsilə qoruyacaq
    google-chrome-istifadecilerini-suni-zeka-vasitesile-qoruyacaq
    Android-də batareyanın vəziyyəti funksiyası məhdud sayda smartfonda istifadəyə veriləcək
    android-de-batareyanin-veziyyeti-funksiyasi-mehdud-sayda-smartfonda-istifadeye-verilecek
    Google-un iOS tətbiqində Simplify adlı faydalı funksiya istifadəyə verilib
    google-un-ios-tetbiqinde-simplify-adli-faydali-funksiya-istifadeye-verilib
    Yeni qanun Apple-ı kənar tətbiq mağazalarına icazə verməyə məcbur edəcək
    yeni-qanun-apple-i-kenar-tetbiq-magazalarina-icaze-vermeye-mecbur-edecek