main-post-cover

    HarmonyOS Çində iOS-i geridə qoyub

    Proqram Təminatı
    14.03.2025
    Emil Nəcəfov
         2019-cu ildən ABŞ sanksiyaları altında olan Çin texnologiya nəhəngi Huawei Technologies öz əməliyyat sistemi olan HarmonyOS-i inkişaf etdirmək məcburiyyətində qalıb. Lakin bu sistem Çin xaricində məhdud məşhurluq qazanıb. Buna baxmayaraq, keçən rübdə HarmonyOS Çində iOS-i məşhurluq baxımından geridə qoymağı bacarıb. Bununla belə o hələ də Android-dən geri qalır. South China Morning Post qəzetində Counterpoint Research şirkətinin statistikasına əsaslanan məlumatlara görə 1 il əvvəl HarmonyOS-in Çin bazarındakı payı 16%-dən çox deyildi. 2023-cü ilin dördüncü rübündə isə bu göstərici 19%-ə yüksəlib.
         Eyni dövrdə Apple iOS-in bazar payı 20%-dən 17%-ə düşüb. Bu azalma HarmonyOS-in Çində bazar liderliyinə yüksəlməsinə səbəb olub. Bununla yanaşı, Google Android-in mövqeyi ötən il ərzində dəyişməz qalıb və təxminən 64%-lik bazar payını qoruyub. Qlobal bazarda Google Android ötən rübü 74% bazar payı ilə başa vurub, Apple iOS isə 22%-lə ikinci yerdə qərarlaşıb. Çin istehsalı olan HarmonyOS isə 2023-cü il ərzində dünya bazarında cəmi 4%-lik paya malik olub. Keçən il bu əməliyyat sisteminin bazar payı 2%-dən 3%-ə yüksəlib. HarmonyOS-in daha geniş yayılmasını təmin edəcək əsas amillər:
    - Huawei-nin yeni buraxılacaq bütün smartfon və planşetlərini HarmonyOS Next ilə təchiz etmək qərarı
    - Çində yerli markalara aid mobil cihazların alınmasını stimullaşdırmaq üçün dövlət subsidiyalarının tətbiqi
    - Müəyyən qiymət kateqoriyasında alıcılar hökumətdən 69$ qədər kompensasiya ala bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple bu il öz əməliyyat sistemlərində irimiqyaslı dizayn dəyişikliyini reallaşdıracaq
    apple-bu-il-oz-emeliyyat-sistemlerinde-irimiqyasli-dizayn-deyisikliyini-reallasdiracaq
    Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər
    huawei-ve-xiaomi-taxila-bilen-cihazlar-bazarinin-yarisini-idare-edirler
    Qlobal bazarda Huawei Band 10 smart qolbağı təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-band-10-smart-qolbagi-teqdim-edilib-qiymeti
    Qlobal bazarda Huawei MatePad Pro 13.2 2025 planşeti təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-matepad-pro-132-2025-planseti-teqdim-edilib-qiymeti
    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası təqdim edilib - QİYMƏTİ
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-in-qlobal-versiyasi-teqdim-edilib-qiymeti