Windows kompüterlərdə süni zəka funksiyalarının çalışmaları üçün lazım olan sistem tələbləri təyin edilib
Proqram Təminatı
19.01.2024
Emil Nəcəfov
Verilmiş məlumata əsasən Microsoft şirkəti Windows kompüterlərdə süni zəka funksiyalarının istifadəsi üçün nəzərdə tutulmuş yeni sistem tələblərini təyin edib. Məlumatda qeyd edilib ki, süni zəka funksiyalarından istifadə etmək üçün Windows kompüter yeni prosessorla yanaşı həmçinin daha böyük həcmli RAM yaddaşına sahib olmalıdır. Beləliklə Windows-da süni zəka funksiyalarının stabil çalışmaları üçün kompüter minimum 16 GB RAM-a sahib olmalıdır.
Bundan əlavə olaraq kompüterdəki neyron prosessoru (NPU) müəyyən performans səviyyəsinə sahib olmalıdır. Söhbət, minimum 40 TOPS-da gedir. Hal-hazırda Intel Meteor Lake (34 TOPS) və AMD Ryzen 8040 (39 TOPS) prosessorları bu tələbə uymurlar. Bu tələbə yeganə uyan prosessor hal-hazırda Qualcomm Snapdragon X Elite-dir (45 TOPS). Qualcomm Snapdragon X Elite prosessoruna sahib noutbuklar isə bu ilin ikinci yarısında satışa çıxmalıdırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft Copilot-un ödənişli versiyasını istifadəyə verib
Microsoft Copilot-un ödənişli versiyasını istifadəyə verib
Microsoft şirkəti özünün Copilot adlı süni zəka köməkçisinin ödənişli versiyasını istifadəyə verib.
Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib
Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib
Microsoft şirkəti Sakit Okean Şimal-Qərb Milli Laboratoriyası ilə birləşərək süni zəka vasitəsilə yeni nəsil batareya üçün nəzərdə tutulmuş perspektivli material yaradıb.
Microsoft qısa müddət ərzində dünyanın ən bahalı şirkəti olub
Microsoft qısa müddət ərzində dünyanın ən bahalı şirkəti olub
Analitiklər artıq müəyyən müddət ərzində proqnozlaşdırırlar ki, Microsoft bazar dəyəri mövzusunda Apple şirkətini geridə qoyaraq dünyanın ən bahalı şirkəti olacaq.
Avropa Komissiyası Microsoft ilə OpenAI arasındakı əməkdaşlıqla bağlı istintaqa start verib
Avropa Komissiyası Microsoft ilə OpenAI arasındakı əməkdaşlıqla bağlı istintaqa start verib
Avropa Komissiyası Microsoft ilə OpenAI arasındakı əməkdaşlıqla bağlı istintaqa start verib.
Microsoft Windows 11-dən WordPad tətbiqini siləcək
Microsoft Windows 11-dən WordPad tətbiqini siləcək
WordPad tətbiqi 30 ilə yaxın Windows əməliyyat sisteminin bir hissəsi olub.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!