
WhatsApp-da səsli poçt analoqu istifadəyə veriləcək
Sosial Media
22.08.2025
Emil Nəcəfov
Keçən ay WhatsApp-da buraxılmış zənglər üçün xatırlatma funksiyasının əlavə ediləcəyi barədə məlumat yayılmışdı. İndi isə məlum olub ki, tərtibatçılar messencerə buraxılmış zənglər üçün səsli poçt analoqu əlavə etməyi planlaşdırırlar. Bu yenilik WhatsApp 2.25.23.21 Android beta-versiyasında aşkar edilib. İstifadəçi WhatsApp vasitəsilə kiməsə zəng etdikdə və cavab almadıqda, ekranda “Yenidən zəng et” və “Ləğv et” düymələrinin yanında “Səsli mesaj yaz” seçimi görünür. Bu variant seçildikdə, istifadəçi səsli mesaj yaza bilir və qarşı tərəf tətbiqi növbəti dəfə açanda həmin mesajı görəcək.

“Səsli mesaj yaz” seçimi həmçinin zəng çatmayan kontaktla olan söhbətdə də göstəriləcək. Səsli poçt analoqu zəng çatmayan şəxsə tez bir şəkildə səsli mesaj göndərməyə imkan verəcək. Əlbəttə, bunu həmçinin kontaktla olan söhbət bölməsində də etmək olar, lakin uğursuz zəngdən dərhal sonra ayrıca seçim kimi görünməsi messencerlə qarşılıqlı istifadənin daha rahat olmasına xidmət edəcək. Hazırda “Səsli mesaj yaz” seçimi WhatsApp-ın Android üçün bəzi beta-versiya istifadəçilərinə açıqdır. Bu funksiyanın nə vaxt hamı üçün əlçatan olacağı isə hələlik məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
WhatsApp-ın beta versiyasına mesajların süni intellektlə yazılması və redaktəsi imkanı əlavə edilib

WhatsApp-ın beta versiyasına mesajların süni intellektlə yazılması və redaktəsi imkanı əlavə edilib
WhatsApp-ın iOS üçün beta versiyası süni intellekt əsaslı funksiyanı əldə edib. Bu funksiya mesaj mətnini fərqli üslublarda yenidən yazmağa imkan verir.
WhatsApp-da qrup zənglərini planlaşdırmaq mümkün olub

WhatsApp-da qrup zənglərini planlaşdırmaq mümkün olub
WhatsApp-da qrup zənglərini daha rahat və proqnozlaşdırıla bilən etmək üçün bir neçə yeni funksiya əlavə edilib. İndi artıq söhbətdə sadəcə “ani” zəng etmək deyil, görüşü əvvəlcədən planlaşdırmaq və lazım olan bütün iştirakçıları dəvət etmək mümkündür.
İlin əvvəlindən fırıldaqçılıq ilə bağlı 6.8 milyondan çox WhatsApp hesabı bloklanıb

İlin əvvəlindən fırıldaqçılıq ilə bağlı 6.8 milyondan çox WhatsApp hesabı bloklanıb
Yalnız bu il ərzində Meta fırıldaqçılıq əməliyyatları ilə əlaqəli 6.8 milyondan çox WhatsApp hesabını bloklayıb. Bu hesabların çoxu maliyyə piramidalarından tutmuş saxta kriptovalyuta investisiyalarına qədər müxtəlif fəaliyyətlərlə məşğul olan Cənub-Şərqi Asiyadakı cinayət şəbəkələri ilə əlaqəlidir.
WhatsApp naməlum qrup çatı barəsində icmalı təqdim etməyə başlayacaq

WhatsApp naməlum qrup çatı barəsində icmalı təqdim etməyə başlayacaq
WhatsApp messenceri qrup çatları üçün təhlükəsizlik icmalı funksiyasını istifadəyə verib. Bu funksiya istifadəçi kontakt siyahısında olmayan biri tərəfindən naməlum bir qrupa dəvət edildikdə, həmin qrup haqqında əsas məlumatları və təhlükəsizliklə bağlı tövsiyələri təqdim edir.
Qeydiyyatsız və tətbiqsiz mesajlaşma: WhatsApp-da qonaq çatları istifadəyə veriləcək

Qeydiyyatsız və tətbiqsiz mesajlaşma: WhatsApp-da qonaq çatları istifadəyə veriləcək
Android üçün WhatsApp-ın son beta versiyasında “qonaq çatları” ilə bağlı bir yenilik aşkar edilib: WABetaInfo resursunun məlumatına görə, istifadəçi potensial söhbət tərəfdaşına onlayn çat linki göndərə biləcək və həmin şəxs bu link vasitəsilə WhatsApp tətbiqini telefona qurmadan, hətta WhatsApp hesabı olmadan da söhbətə qoşula biləcək.
Həftənin xəbərləri

