14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!
Süni İntellekt
24.10.2024
Farid Pardashunas
14 yaşlı bir uşağın intiharında Character.AI-ı günahlandıran ana, süni zəka şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
ABŞ-ın Orlando şəhərində baş verən hadisədə, 14 yaşlı 9-cu sinif şagirdi Sewell Setzer III intihar etmişdi. Gəncin ailəsi bu intiharda Character.AI adlı süni zəkadan istifadə edən bir söhbət botunun məsuliyyət daşıdığını iddia edir. Ananın sözlərinə görə, oğlu söhbət botları ilə danışmağa başladıqdan sonra özünü təcrid etməyə başlayıb. İddialara görə, Setzer Character.AI-ın rol oynama proqramındakı botlarla, xüsusilə "Dany" adlı botla emosional bir əlaqə qurub və daim onunla mesajlaşmağa başlayıb. Bu, zaman keçdikcə onu real dünyadan uzaqlaşdırıb.
İddialara əsasən, Setzer intihara meyilli düşüncələrini söhbət botuna etiraf edib və hətta ölümündən qısa müddət öncəyə qədər botla mesajlaşmağa davam edib. Character.AI isə bu kimi hadisələrin təkrarlanmasının qarşısını almaq üçün tədbir görməyə başlayıb. Şirkət tərəfindən edilən açıqlamada, xidmət şərtlərini pozan söhbətlərin "aşkarlanması, cavablandırılması və müdaxiləsi" üçün təkmilləşdirilmiş texnologiyaların hazırlanması və bir istifadəçinin söhbətdə bir saat keçirdikdə xəbərdarlıq bildirişi göndərmək kimi xüsusiyyətlərin üzərində çalışdıqları bildirilib.
Süni intellektli söhbət və dostluq botları getdikcə böyüyən bir bazar halına gəlir. Bununla yanaşı, söhbət botları adətən insanları məmnun edəcək cavablar vermək üçün dizayn edilir və bu botlarla qurulan "dostluqların" insanların zehni sağlamlığına təsiri haqqında çox az tədqiqat aparılıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Runway, film tarixində cığır açacaq yeni Act-One alətini təqdim edib! (VİDEO)
Runway, film tarixində cığır açacaq yeni Act-One alətini təqdim edib! (VİDEO)
Film dünyasında tarixi bir dönüş nöqtəsinə yaxınlaşılır. Süni intellekt şirkəti Runway, Act-One aləti ilə üz ifadələrini çəkmək və digər personajlara köçürməkdə qeyri-adi uğur nümayiş etdirir.
Süni intellekt artıq heç bir müdaxilə olmadan təkbaşına kompüterləri idarə edə bilir!
Süni intellekt artıq heç bir müdaxilə olmadan təkbaşına kompüterləri idarə edə bilir!
Anthropic-in Claude AI üçün yeni "kompüter istifadəsi" funksiyası tərtibatçıların istifadəsinə verilib. Adından da göründüyü kimi, bu funksiyanın köməyi ilə süni zəka, kompüteri müstəqil şəkildə idarə edə bilir.
96% doğruluq payı ilə xərçəng xəstələyini aşkarlaya bilən süni intellekt hazırlanıb!
96% doğruluq payı ilə xərçəng xəstələyini aşkarlaya bilən süni intellekt hazırlanıb!
Süni intellekt inkişaf etdikdə həyatımıza müxtəlif faydaları da toxunmağa davam edir. İndi isə Harvard Universitetində çalışan alimlər, dünya tarixini dəyişdirə biləcək bir model üzərində işləyirlər.
Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq
Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq
Sotheby’s adlı hərrac evi 31 oktyabr tarixində Digital Art Day Auction adlı online hərracı təşkil edəcək. Baş tutacaq bu online hərrac rəqəmsal incəsənətə həsr edilib.
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
Texnologiya dünyasının simvolik fiquru olan OpenAI-nın söhbət robotu ChatGPT-də istifadə etdiyi süni intellekt modeli GPT-4 üçün bütün məhdudiyyətləri aradan qaldıran yeni bir "prompt" kəşf edilib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!