
Alibaba Qwen-3 Max süni intellekt modelini təqdim edib
Süni İntellekt
25.09.2025
Emil Nəcəfov
Alibaba şirkəti yeni flaqman böyük dil modeli (LLM) olan Qwen-3 Max-ı təqdim edib. Bu, şirkətin xəttində ən qabaqcıl model olub və sənayenin aparıcı həlləri ilə - OpenAI-nin GPT-5, Google-un Gemini 2.5 Pro və Anthropic-in Claude Opus 4 modelləri ilə rəqabət aparmaq məqsədi daşıyır. Qwen-3 Max Alibaba-nın 1 trilyon parametr həddini keçmiş ilk modeli olub. O, 36 trilyon token həcmində məlumat bazası üzərində təlim etdirilib. Kontekst pəncərəsi 1 milyon tokenə çatır ki, bu da bütöv kod bazalarının və ya çoxcildli sənədlərin mətn bölmələrinə parçalanmadan təhlilinə imkan yaradır. Alibaba bildirib ki, Qwen-3 Max mürəkkəb təlimatların qavranılmasında, məntiqi nəticə çıxarmaqda və ixtisaslaşmış bilik sahələrində işləməkdə əhəmiyyətli irəliləyiş göstərir.

Bundan əlavə, model riyaziyyat, proqramlaşdırma, məntiq və elm ilə bağlı tapşırıqlarda daha yüksək dəqiqlik təmin edir. İngilis və çin dillərinin dəstəyi də nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılıb. Nəhayət, Qwen-3 Max daha az hallusinasiyaya məruz qalır - yəni cavablarda faktları uydurma ehtimalı əvvəlki modellərlə müqayisədə xeyli azdır. Məşhur LMArena reytinqində yeni modelin Qwen3-Max-Instruct versiyası üçüncü yeri tutub və yalnız Claude Opus 4.1 Thinking, Gemini 2.5 Pro və OpenAI GPT-5 High modellərinə uduzub, lakin eyni zamanda GPT-5-in baza versiyasını qabaqlayıb. SWE-Bench Verified testində - real proqramlaşdırma tapşırıqlarını həll etmə qabiliyyətini yoxlayan sınaqda - o, 69.6 bal toplayıb.

Bu göstərici DeepSeek V3.1-dən yüksək, lakin Claude Opus 4-dən bir qədər aşağı olub. Tau2-Bench sınağında - süni intellekt agentlərinin fəaliyyətini qiymətləndirən testdə - Qwen-3 Max 74.8 bal toplayaraq həm DeepSeek V3.1-i, həm də Claude Opus 4-ü qabaqlayıb. Alibaba həmçinin hazırda təlim mərhələsində olan, lakin artıq “görkəmli potensial” nümayiş etdirən perspektivli Qwen-3-Max-Thinking versiyasını qeyd edib. Xüsusilə, sınaq testlərində o, AIME-25 və HMMT daxil olmaqla məntiqi nəticə çıxarma tapşırıqlarında 100%-lik nəticə göstərib. Qwen-3 Max-dan artıq indi istifadə etmək mümkündür: Qwen3-Max-Base versiyası tətbiq və ya Qwen saytından pulsuz əlçatandır. iOS və Android-də isə yeni model standart olaraq təklif olunacaq. Əgər model hələ standart olaraq təqdim edilmirsə, onu model seçimi menyusu vasitəsilə fərdi şəkildə aktivləşdirmək mümkündür.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Şirkətlər iş prosesini ləngidən süni intellekt səbəbilə vəsait itkisi yaşayırlar

Şirkətlər iş prosesini ləngidən süni intellekt səbəbilə vəsait itkisi yaşayırlar
Şirkətlər sürət, səmərəlilik və innovasiya vəd edərək və rəqiblərdən geri qalmaqdan çəkinərək iş proseslərində süni intellekti getdikcə daha çox tətbiq edirlər.
2030-cu ilə qədər süni intellekt sahəsinin xərcləri gəlirlərindən 800 milyard dollar daha çox ola bilər

2030-cu ilə qədər süni intellekt sahəsinin xərcləri gəlirlərindən 800 milyard dollar daha çox ola bilər
Bloomberg qeyd edib ki, süni intellekt şirkətlərinin infrastrukturun genişləndirilməsinə nəhəng məbləğlər xərcləmə planları analitiklərdə belə sərmayələrin iqtisadi və texnoloji baxımdan nə dərəcədə əsaslı və hesablamalarla təsdiqlənmiş olması barədə haqlı suallar doğurur.
Süni intellekt üzərində idarəetmənin itirilməsinin riskləri açıqlanıb

Süni intellekt üzərində idarəetmənin itirilməsinin riskləri açıqlanıb
Süni intellekt biznesdə və hətta dövlət qurumlarında istifadə olunur, baxmayaraq ki, o hələ mükəmməllikdən uzaqdır. Amma belə sistemlər nəzərdə tutulduğu kimi işləməsə, nə baş verəcək?
Magnum yeni dondurma dadları üçün süni intellektdən istifadə edəcək

Magnum yeni dondurma dadları üçün süni intellektdən istifadə edəcək
Unilever-ə daxil olan və noyabr ayında birjada debüt etməyi planlaşdıran dondurma istehsalçısı Magnum öz fəaliyyətində Çili startapı NotCo tərəfindən hazırlanmış süni intellekt sistemindən istifadə etmək niyyətində olduğunu açıqlayıb.
İT nəhənglər özlərinə hansı səbəbə görə lazım olduğunu anlamadan süni intellekt milyardlarla dollar vəsait yatırırlar

İT nəhənglər özlərinə hansı səbəbə görə lazım olduğunu anlamadan süni intellekt milyardlarla dollar vəsait yatırırlar
Son dövrlərdə nadir hallarda hansısa rüblük hesabat tədbiri şirkət rəhbərliyinin süni intellektə xərclərin artırılmasının vacibliyi barədə bəyanatları və ya bununla bağlı komponentlərin tədarükündən gəlirin artacağına dair proqnozları olmadan keçir.
Həftənin xəbərləri

