
Süni zəka qan analizi sayəsində 15 növ xərçəngi təyin edə bilir
Süni İntellekt
14.05.2025
Emil Nəcəfov
Böyük Britaniyadan olan alimlər standart sağlamlıq göstəriciləri əsasında müxtəlif növ xərçənglərin erkən aşkarlanması üçün 2 alqoritm təqdim ediblər. Sadə diaqnostika, qeyri-spesifik simptomlarla müşayiət olunan xərçəngin aşkarlanmasında böyük irəliləyiş təmin edə bilər. Bu cür hallarda hətta həkimlər belə bu simptomları şişin inkişaf ehtimalı ilə əlaqələndirə bilmirlər. Alqoritmin yaradılması üçün alimlər təxminən 7.5 milyon nəfərin məlumatlarından istifadə ediblər. Buraya xəstənin yaşı, ailə anamnezi (xəstənin səhhəti ilə bağlı ailəsində aşkar edilmiş problemlər toplusu), diaqnozları, simptomları və ümumi sağlamlıq vəziyyəti ilə yanaşı, standart qan analizlərinin nəticələri də daxildir. Süni zəka bu məlumatlar əsasında öyrədilib.

Nəticədə, Londonun Kraliça Mariya Universitetinin saytında bildirildiyinə görə, erkən mərhələdə 15 xərçəng növünü proqnozlaşdırmaq üçün süni zəka alqoritmi hazırlanıb. Məsələn, hemoqlobinin səviyyəsinin azalması kişilərdə ağciyər, bağırsaq, qan və qida borusu xərçəngi risklərinin artması ilə əlaqələndirilmişdir. Qadınlarda isə bu göstərici qan, mədə və qaraciyər xərçəngi ilə korrelyasiya etmişdir. Qanın digər standart göstəricisi olan trombosit səviyyəsi isə kişilərdə 6, qadınlarda isə 8 növ şiş riski ilə əlaqələndirilmişdir. Süni zəka həm ağciyər, bağırsaq və qan kimi ən çox rast gəlinən şişlərin, həm də ağız boşluğu xərçəngi kimi daha nadir növlərin risklərini təhlil edir.

Diqqətəlayiq məqam odur ki, yeni modeldə ilk dəfə olaraq spesifik olmayan simptomlar da nəzərə alınır - məsələn, göyərmələr, bel ağrısı, köp simptomları, eləcə də HIV və hepatit B və C statusu və digər amillər. Toplanmış məlumatlar artıq dəqiqlik baxımından xərçəngin erkən diaqnozuna yönəlmiş digər bir alqoritm olan QCancer modelini üstələməyə imkan verib. Müəlliflər ümid edirlər ki, bu yeni testin klinik praktikada tətbiqi xərçəngin erkən mərhələdə aşkarlanma göstəricilərini əhəmiyyətli dərəcədə artıracaq. Pasientdən isə yalnız sorğu doldurmaq və əsas qan analizlərini vermək tələb olunacaq.
Mənbə: Queen Mary University
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yaxın zamanda məntiq yürüdə bilən süni zəkanın inkişafında geriləmə ola bilər

Yaxın zamanda məntiq yürüdə bilən süni zəkanın inkişafında geriləmə ola bilər
Süni zəka sahəsi məntiq qabiliyyətinə malik modellərin göstəricilərindəki sürətli artımı uzun müddət saxlaya bilməyəcək. Bu barədə süni zəka sahəsindəki Epoch AI adlı qeyri-kommersiya tədqiqat institutunun analitik hesabatında bildirilir.
Süni zəka termonüvə reaktorlarının hazırlanmasını sürətləndirə bilər

Süni zəka termonüvə reaktorlarının hazırlanmasını sürətləndirə bilər
Microsoft şirkəti əmindir ki, süni zəka iqtisadi baxımdan kommersiya məqsədli səmərəli termonüvə reaktorlarının hazırlanmasını sürətləndirməyə kömək edə bilər. Bu reaktorlar gələcəkdə süni zəka ilə çalışacaq məlumat mərkəzlərinin enerji ilə təmin olunmasında istifadə oluna bilər. Hazırda belə bir reaktor mövcud deyil.
Süni zəka DNT əsasında insan üzünün 3D modelini yaratmağı öyrənib

Süni zəka DNT əsasında insan üzünün 3D modelini yaratmağı öyrənib
Çin Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən hazırlanmış Difface adlı yeni texnologiya yalnız genetik məlumatlara əsaslanaraq insan üzlərinin dəqiq üçölçülü modellərini yaradır. Bu texnologiya genlər ilə üz cizgiləri arasındakı əlaqəyə əsaslanır.
Süni zəkanın dövlət tənzimlənməsi ABŞ-ı liderlikdən məhrum edə bilər

Süni zəkanın dövlət tənzimlənməsi ABŞ-ı liderlikdən məhrum edə bilər
ABŞ prezidenti vəzifəsinə Donald Trump-ın gəlişindən sonra texnologiya sahəsində süni zəkanın inkişafı ilə bağlı potensial risklərə münasibət kəskin şəkildə dəyişib.
Süni zəka selfi fotosu vasitəsilə xərçəng xəstəliyini təyin etməyi öyrənib

Süni zəka selfi fotosu vasitəsilə xərçəng xəstəliyini təyin etməyi öyrənib
Machine learning xəstəliklərin diaqnostikasında inqilabi dəyişiklik vəd edir, çünki bir çox xəstəliklər yalnız gec mərhələdə aşkarlanır, bu zaman müalicə çətinləşir və bəzən mümkünsüz olur.
Həftənin xəbərləri

