main-post-cover

    Google Find My Device tətbiqinin adı Find Hub-a dəyişib və funksionallığı genişləndirilib

    Proqram Təminatı
    14.05.2025
    Emil Nəcəfov
         Keçən il o qədər də uğurlu olmayan Find My Device tətbiqinin istifadəyə verilməsindən sonra Google bu xidməti Find Hub adlandıraraq tətbiqin rebrendinqini reallaşdırıb. Görünür, ad dəyişikliyi təsadüfi deyil, çünki tətbiqə bir sıra yeni funksiyalar, o cümlədən baqajın axtarışı imkanı əlavə olunub. Yenilənmiş Find Hub tətbiqinin əsas ideyası istifadəçinin daha çox əşyasının yerini izləmə prosesini sadələşdirməkdir. Google bunu tədricən genişlənən partnyor şəbəkəsi vasitəsilə həyata keçirir. Həmin partnyorlar öz cihazlarını və Bluetooth trekerlərini Find Hub şəbəkəsinə inteqrasiya edirlər. Bu da o deməkdir ki, tətbiqin funksionallığı artıq yalnız Pebblebee Chipolo kimi istehsalçıların Bluetooth trekerləri ilə məhdudlaşmır, daha geniş cihaz çeşidini də əhatə edəcək.
         Mənbənin məlumatına görə, Find Hub vasitəsilə izlənilə bilən baqajların yaxın vaxtlarda Mokobara kimi brendlər tərəfindən təqdim olunması gözlənilir. Həmçinin, Peak şirkəti tərəfindən istifadəçilərin xizək avadanlıqlarının təhlükəsizliyini təmin etmək üçün xüsusi trekerlərin təqdim ediləcəyi bildirilir. Bu ayın sonuna doğru isə Motorola-nın Moto trekerlərinə sahib Android istifadəçiləri ultra genişzolaqlı (UWB) texnologiya vasitəsilə onların yerini daha dəqiq müəyyən edə biləcəklər. Tətbiqə həmçinin yeni yer məlumatlarının paylaşılması funksiyası əlavə olunub. Bu xüsusiyyət sayəsində istifadəçilər öz yerlərini real vaxt rejimində dostları və ailə üzvləri ilə bölüşə bilərlər.
         Bu funksiyanı aktivləşdirən istifadəçilər Find Hub tətbiqinin “İnsanlar” bölməsində görünəcəklər. Bu ilin sonuna doğru yer məlumatlarının paylaşılması funksiyası peyk əlaqəsini dəstəkləyəcək, bu da mobil şəbəkə əhatəsinin olmadığı ərazilərdə belə funksiyanın işləməsini təmin edəcək. Google əlavə edib ki, Aer Lingus, British Airways, Cathay Pacific, Iberia Singapore Airlines aviaşirkətləri ilə tərəfdaşlıq sayəsində istifadəçilər trekerlərinin yer məlumatlarını paylaşaraq başqalarına itmiş baqajı tapmaqda kömək edə və səyahətlər zamanı əşyaların itməsinin qarşısını ala biləcəklər. Find Hub tətbiqi artıq Android 6 və daha yeni versiyalara sahib cihazlar üçün əlçatandır.
    Mənbə: 9to5google
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini avtomobillərdə, televizorlarda və s. cihazlarda istifadəyə veriləcək
    google-gemini-avtomobillerde-televizorlarda-ve-s-cihazlarda-istifadeye-verilecek
    Google Search-də AI Mode düyməsi test edilir
    google-search-de-ai-mode-duymesi-test-edilir
    Sam Altman: "ChatGPT axtarış sistemi mövzusunda Google-u əvəz edə bilməyəcək"
    sam-altman-chatgpt-axtaris-sistemi-movzusunda-google-u-evez-ede-bilmeyecek
    Google Chrome istifadəçilərini süni zəka vasitəsilə qoruyacaq
    google-chrome-istifadecilerini-suni-zeka-vasitesile-qoruyacaq
    Android-də batareyanın vəziyyəti funksiyası məhdud sayda smartfonda istifadəyə veriləcək
    android-de-batareyanin-veziyyeti-funksiyasi-mehdud-sayda-smartfonda-istifadeye-verilecek