main-post-cover

    Google istifadəçi konfidensiallığını pozduğuna görə 425 milyon dollar cərimə ödəməli olacaq

    Tech-Biznes
    04.09.2025
    Emil Nəcəfov
         Keçən çərşənbə günü San-Fransisko məhkəməsində keçirilmiş dinləmələrin yekununda münsiflər heyəti qərar çıxardı ki, Google şirkəti istifadəçilərin şəxsi həyat toxunulmazlığı hüququnun pozulması ilə bağlı qaldırılmış kollektiv iddia üzrə 425.7 milyon dollar kompensasiya ödəməlidir. 8 nəfərdən ibarət münsiflər heyəti müəyyən etdi ki, Google istifadəçiləri aldatmış, onların cihaz ayarlarında Web & App Activity parametrini söndürmələrinə baxmayaraq, üçüncü tərəf tətbiqləri vasitəsilə məlumatlarını saxlamağa və kopyalamağa davam edərək Kaliforniya ştatının məxfilik haqqında qanununu pozmuşdur. Iddiaçılar vurğuladılar ki, 2016-cı ildən bəri Google hələ də Uber Technologies, PayPal Holdings, VenmoMeta Platforms, həmçinin Instagram kimi Google-un daxili məlumat analitika xidmətlərindən istifadə edən servislər vasitəsilə istifadəçilər haqqında məlumat əldə edə bilirdi.
         İddiada qeyd olunur ki, Google istifadəçilərə öz məlumatlarını idarə etməyi vəd etməsinə baxmayaraq, məlumat toplamağa davam edib. “Google-un məxfiliklə bağlı vədləri və təminatları açıq-aşkar yalandır” - deyə iddiaçıların vəkilləri iddiada bildiriblər. Ümumilikdə Google-a qarşı 3 kollektiv iddia qaldırılıb. Məhkəmə araşdırması zamanı Google iddia edib ki, istifadəçiləri açıq şəkildə xəbərdar edib: Web & App Activity funksiyasının söndürülməsi onların məlumatlarının anonimləşdiriləcəyi, lakin yenə də üçüncü tərəf tətbiqlərinə xülasə statistika təqdim etmək üçün izləniləcəyi deməkdir. Son çıxışında Google-un vəkili Benedict Hur bildirib ki, istifadəçi izləmə funksiyasını söndürən kimi qarşısına “Əminsinizmi?” sualı ilə pəncərə çıxır və orada istifadəçilərə əlavə keçid vasitəsilə “Google-un hansı məlumatları toplamağa davam etdiyi və bunun səbəbi” barədə məlumat almaq imkanı təqdim olunur.
         “Heç bir pozuntu, sızma, məlumatların qanunsuz istifadəsi, məlumat mübadiləsi və ya məlumat satışı olmayıb” - deyə vəkil bəyan edib. Münsiflər heyəti iddiaçılar tərəfindən qaldırılmış 3 məxfilik iddiasından 2-si üzrə Google-u məsuliyyətli hesab etdi. Onlar belə nəticəyə gəldilər ki, Google qəsdən hərəkət etməyib, buna görə də əlavə cərimə sanksiyaları tətbiq olunmayacaq. Hakim Richard Seeborg Google-un hərəkətlərindən zərər çəkmiş 98 milyon istifadəçi adından verilmiş kollektiv iddia üzrə hökm çıxardı. Zərərçəkmişlər arasında bərabər bölüşdürüləcəyi halda kompensasiya məbləği hər bir iştirakçıya təxminən 4$ təşkil edəcək. İddiaçılar ilkin olaraq 31 milyard dollar kompensasiya tələb etmişdilər. Google məhkəmə qərarına apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqladı. Şirkətin nümayəndəsi Jose Castaneda bəyan etdi: “Bu qərar məhsullarımızın iş prinsiplərini düzgün izah etmir. Məxfilik alətlərimiz insanlara öz məlumatlarına nəzarət imkanı verir və onlar fərdiləşdirməni söndürəndə biz bu seçimi hörmətlə qarşılayırıq”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google ilə Apple arasındakı milyardlarla dollar dəyərindəki müqavilə məhkəmədə bir söz sayəsində xilas edilib
    google-ve-apple-arasindaki-milyardlarla-dollar-deyerinde
    Google ödənişlə öz həllərinin Apple və digər şirkətlərin cihazlarında starndart istifadəsini davam etdirəcək
    google-odenisle-oz-hellerinin-apple-ve-diger-sirketlerin-cihazlarinda-starndart-istifadesini-davam-etdirecek
    Məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etməkdən imtina edib
    mehkeme-google-u-chrome-brauzerini-satmaga-mecbur-etmekden-imtina-edib
    Avropa Birliyi Trump-da qəzəb oyatmamaq üçün Google şirkətini cərimələməkdən imtina edib
    avropa-birliyi-trump-da-qezeb-oyatmamaq-ucun-google-sirketini-cerimelemekden-imtina-edib
    Orta büdcəli Google Pixel 10a barəsində bəzi təfərrüatlar təqdim edilib
    orta-budceli-google-pixel-10a-baresinde-bezi-teferruatlar-teqdim-edilib